vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:19 | 4 aprel 2022 | Bazar ertəsi Məqaləyə 571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əllərinə nə keçibsə...

İşğalçılar Ukrayna “qənimətlərini” Belarusda satırlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynadan qayıdan, yaxud yerdəyişmə edən rusiyalı əsgərlər talan elədiklərini cənubdakı sərhəd rayonlarda belaruslulara satırlar. Bu haqda çoxsaylı yerli sakinlər deyib.

Rusiya Belarusun cənub-şərqi Qomel regionundan Ukraynaya əsgər göndərmək üçün istifadə edib. Bunun isə belarusluların həyatına təsir göstərdiyi bildirilir.

Ötən ay Qomel şəhəri sakinləri müharibədə öldürülən rusiyalı əsgərlərin cəsədlərinin morqları doldurduğunu deyirdi.

***

O zaman xəstəxanalar da yaralı rus əsgərləri ilə doluydu, həkimlərdən, tibb işçilərdən yalnız onlara xidmət göstərmək tələb olunurdu.

Ukrayna və Qərb rəsmiləri son günlər Rusiya əsgərlərinin Kiyev yaxınlığından çəkildiyini, Belarusa, digər yerlərə getdiyini deyirlər.

Qomeldəki Mazır şəhərindən bir kişi səmanın Rusiya təyyarə və vertolyotları ilə dolduğunu, rus əsgərlərinin yerli sakinlərə bəzi mallar satdığını deyir.

“Ukraynadan talan etdikləri qənimətləri yerlilərə satmağa çalışırlar. Soyuducular, məişət əşyaları, şinlər, əllərinə nə keçibsə...” – özünü İlya kimi təqdim edən şəxs deyib.

Fevralın 24-də başlanmış müharibədən öncə də Qomel sakinləri rusiyalı əsgərlərin daim yerlilərə yanacaq satdığını deyirdilər. Onda Rusiya hərbçilərinin Belarusa birgə təlimlər üçün yerləşdirildiyi bildirilirdi.

***

Mazırın digər sakini isə deyir ki, böyük sayda rusiyalı əsgərlər barlara, mağazalara dolur, adamları əhatəyə alır, qısnayır.

Özünü Maksim kimi təqdim edən bu şəxsin sözlərinə görə, uzun saçı olan kişi tanışı əsgərlərin təzyiqinə məruz qalıb. Əsgərlərin ya Rusiyanın mərkəzindən, ya da uzaq Sibirdən olduğu bildirilir.

“Həm də onlardan pis iy gəlir. Mağazaya gedəndə iydən bilirsən ki, ordadırlar. Məncə, heç yuyunmurlar. Komandirləri normal şəraitdə yaşayır... Əsgərlər meşədə, çadırda, hətta anbarlarda qalırlar”, – Maksim söyləyib.

“Ruslar özlərini dünyanın ağası kimi aparırlar”, – o vurğulayır.

Brahin vilayətində son bir həftədə tanklar, zirehli texnika, Ural yük maşınlarından ibarət uzun karvanların göründüyü deyilir. Bir yerli sakin deyib ki, rusiyalı əsgərlər ona rusca vərəqə veriblər. Bunun Rusiyanın Ukraynanı işğal etməsini əsaslandırmaq üçün propaqanda məqsədi daşıdığı görünür.

“Əziz yoldaşlar, dostlar, bizə müharibə lazım deyil! Biz şəhərlərə hücum etməyəcək, onları bombalamayacağıq. Biz Ukrayna xalqı ilə deyil, dinc adamları öldürən millətçilərlə vuruşmağa gəlmişik”, – vərəqədə yazılıb.

***

Mazırdan cənubda yerləşən Narovlya şəhərinin sakinləri öldürülən əsgərlərin meyitlərinin Rusiyaya birbaşa, qatar, yaxud yük maşınları ilə yola salındığını deyib.

“Foto çəkməyə imkan verməmək üçün hərbi hospitalı bayırda rusiyalı əsgərlər qoruyur. Orada vertolyotlar çox aşağıdan uçurlar. Çoxu da şəhər üzərində dövrə vurur”, – Narovyla sakini deyib.

Adının çəkilməsini istəməyən digər sakin isə əsgərlərin mağazalardan spirtli içki aldığını söyləyir.

“Bir dəfə rusiyalı əsgər araq və pivə götürmüşdü, amma bank kartı işləmədi və hamısını qaytardı. Amma çox vaxt xeyli şey alırlar. Çoxlu araq alırlar. İdman ayaqqabıları, bulka, siqaret alırlar”, – həmin şəxs danışır.