vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:08 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 1689 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruslar 2 gəmini batırdılar

Ukrayna donanmasının dənizə çıxışını bağlamaq üçün

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gecə Krımın ən dərin gölü olan Donuzlavda rus hərbçiləri özlərinə məxsus 2 gəmini batırdılar. Vaxt.az xəbər verir ki, bu barədə «Ukraynskaya pravda» saytı mərkəzi siyasi-hərbi araşdırmaları mərkəzinin əməkdaşı Dmitriy Timçuka istinadən məlumat verib. Məlumata görə, Ukrayna donanmasının Qara dənizə çıxışını bağlamaq üçün dünən gecə rus hərbçiləri 1973-cü ildə istifadəyə verilmiş Oçakov və 1985-ci ildən istismarda olan «Şaxtyor» xilasedici-dartı gəmisini batırıblar.

Rus hərbçiləri «Donuzlav» qarnizonu bir necə gün mühasirədə saxladıqdan sonra dünən gecə 23 radələrində ətrafında qurduqları postları tərk edərək naməlum istiqamətə hərəkət ediblər. Həmçinin Rusiyanın Qara dəniz donanmasına məxsus «Moskva» raket kreyseri də blokpostu tərk edib. Rus hərbçiləri burada post qurmaqda məqsədi Ukrayna hərbi gəmilərinin dənizə çıxışına mane olmaq idi. Bir müddət sonra onların qəfil tərk etmələrinin səbəbi bəlli olub. Gecə yarısında «Şaxtyor» dartı gəmisinin köməkliyi ilə istifadə müddəti bitmiş «Oçakov» gəmisini Donuzlavın ən dərin yerinə gətiriblər. Burada «Oçakov» gəmisini batıran əsgərlər daha sonra «Şaxtyor» gəmisini partladıblar. Bunda məqsəd yarısı suyun üzündə qalan gəmini çıxarmaq üçün hər hansı üzən dokun gəmiyə yaxınlaşmasının qarşısını almaq olub. Bundan başqa Ukrayna gəmilərinin Donuzlavdan keçərək Qara dənizə çıxmalarının qarşısı kəsilib. Batırılan gəmilərin çıxarılması isə xeyli vaxt və maliyyə vəsaiti tələb edəcək.
Qeyd edək ki, «Oçakov» gəmisi uzun müddət idi istifadəsiz qalmışdı. Batırılan hər iki gəmi Rusiya Qara dəniz donanmasına aid olub.