“Çoxluq işğalı dəstəkləyir”
Rusiyada müharibəyə təkbaşına etiraz edən 15 min 500 nəfər saxlanılıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Rəy sorğuları Rusiya Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan sonra Prezident Vladimir Putinin reytinqinin artdığını göstərir. Amma ölkədə müharibəyə etiraz edənlər də var, çox vaxt bunu təkbaşına gerçəkləşdirirlər.
“Mən etiraz edəndə yaxınlıqdan keçən biri dedi ki, məni Volxov çayına atmaq lazımdır. Adamlar məni söyürdülər. Bir yaşlı qadın məni vurmaq istədiyini dedi”, – memar Anton Qorban aprelin 11-də Rusiyanın işğalına qarşı təkadamlıq etiraz aksiyasından danışır.
Sibirin Tomsk şəhərində 52 yaşlı IT sahibkarı Leonid Rıbakov isə Ukrayna bayrağını çəkərək eyvanından asanda oxşar reaksiya ilə üzləşib.
“Yaxşı tanıdığım, beş ildən çox tanıdığım, boş vaxtımı keçirdiyim adamlar mənimlə salamı kəsdilər. Mən əlimi uzadanda özlərini görməzliyə vurdular. Bircə dəfə aqressiv reaksiya gördüm. Bir tanış əl ağacı ilə başımdan vurdu, xəsarət aldım”, – Rıbakov “Sibir həqiqətləri” portalına deyib.
Rusiyada rəy sorğuları dəqiq, etibarlı sayılmır, çünki Putinin avtoritar idarəçiliyi sayəsində rusiyalıların çoxunun çaş-baş qaldığı, yaxud dediyini açıq deməyə qorxduğu düşünülür. Ukrayna müharibəsi haqda rəy sorğuları da etibarsız hesab olunur.
Görünən odur ki, xeyli sayda rusiyalı ya müharibəni dəstəkləyir, ya da susur. Rəsmilər və dövlət mediası isə fərqli fikirdə olanlara “satqın”, “ekstremist”, “düşmən” damğası vurur.
***
Rusiyada siyasi repressiyanın monitorinqini aparan “OVD-Info”nun məlumatına görə, fevralın 24-də işğal başlayandan on milyonlarla yetkin rusiyalıdan 15 min 500 nəfər müharibəyə qarşı çıxdığına görə saxlanıb.
400 nəfər məhkəmə qarşısına çıxarılıb. On minlərlə rusiyalı ölkəni tərk edib.
Bütün bunlar Rusiyada müharibəyə qarşı açıq danışmağın ayrı-ayrı adamların boynuna düşdüyünü və riskli olduğunu göstərir.
Rıbakov deyir ki, hətta həyat yoldaşı da onun antimüharibə fəaliyyətinə skeptik yanaşıb.
“Arvadım siyasətlə maraqlanmır. Amma qorxur… Polis bizə gələndə o biri otaqda gizləndi və onlar gedənəcən çıxmadı”, – o deyir.
***
Rıbakov Tomskda çoxdankı fəalıdır. Dörd il ərzində eyvanından “Putinsiz Rusiya” plakatı asıb, heç bir insident baş verməyib. Amma müharibənin ilk günündə hərəkətə keçib. “Rusiya ordusunun təcavüzü və faşist hərəkətlərindən çox məyus olmuşdum. Elə həmin gün boya aldım, A4 kağıza Ukrayna bayrağının rənglərini çəkib eyvandan asdım”, – o danışır.
Beş həftə heç nə baş verməyib. Martın 31-də polis gəlib, xoş niyyət kimi onun üç həftə qabaq müharibəyə qarşı etirazlara qatıldığını yazıblar. Polis eyvandan plakatı və bayrağı çıxarsa da, Rıbakov onları elə həmin gün yerinə asıb və dediyinə görə, hələ də ordadır.
O deyir ki, məhkəmənin nə qədər cərimə kəsdiyini bilmir. “Silahlı qüvvələrin gözdən salınması”na görə inzibati məcəllə 30 min-50 min rubl (360-600 dollar) cərimə nəzərdə tutur.
“Ödəmək fikrim yoxdur. Pulumun müharibəyə xərclənməsini istəmirəm. Həbs eləsələr, Putinin məni havayı yedizdirməyi vecimə deyil”, – o söyləyib.
Rusiyada ordunun gözdən salınmasına görə maddə cinayət məcəlləsinə də əlavə olunub, 15 ilədək həbs kəsilə bilər.
***
Novqorod şəhərində yaşayan Qorbanın ulu babası İvan Padalka 1937-ci ildə sovet hakimiyyəti tərəfindən edam olunub. O, ölümündən sonra, 1958-ci ildə bəraət alıb.
O, Ukrayna bayrağının rənglərində – mavi-sar rəngli adamboyu kisə tikib, aprelin 11-də Novqorod Kreml ərazisində abidənin önündə kisəyə girərək uzanıb. 20 dəqiqənin içində Milli Qvardiya əsgərləri onu aparıblar. Ona “Rusiya silahlı qüvvələrini nüfuzdan salma” ittihamı irəli sürülüb.
Qorban fevralın 24-dən dördüncü dəfədir ittihamla üzləşir.
***
“Bütün bu risklər adamın öz vicdanını azacıq da olsa təmizləmək fürsətilə müqayisədə çox kiçikdir… Üç yaşlı qızım var. Bütün bunlar tarix kitablarına yazılanda, o məndən soruşacaq ki, ‘Ata, bəs, sən neyləmisən?’ Onda ona bunu izah edə biləcəyəm”, – fəal sözlərinə əlavə edir.
O, nasist Almaniyasında siyasətə qarşı çıxanların öldürüldüyünü yada salır. “Bir günlük həbs nədir ki? 30 min rubl cərimə nədir ki? Çox kiçik bədəldir”, – Qorban vurğulayır.
Onun sözlərinə görə, çoxluq işğalı dəstəkləyir. Öz çevrəsində xeyli, şəhər səviyyəsində isə çox az adamın müharibəyə qarşı çıxdığını deyir.
Qorban Rusiyadan getməyi ağlından keçirdiyini desə də, Rıbakovun belə bir arzusu yoxdur.
“Bir dəfə düşündüm, dərhal da rədd elədim. Vətənimi, hər şeyini sevirəm, bircə Putindən başqa. Heç oğlum da getmir”, – o söyləyir.