vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
12:26 | 26 aprel 2022 | Çərşənbə axşamı Məqaləyə 709 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran həbsxanalarında ölüm artıb

Zindanlar məhbusların ölümlərini gözləmə otaqlarına çevrilib

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

İran zindanlarında məhbusların ölüm halları davam edir və son olaraq daha bir məhbus tibbi xidmət göstərilmədiyi üçün həyatını itirib. Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, İranın Kamyaran şəhərinin həbsxanasında saxlanılan Savad İlyasi adlı məhbus ağır xəstə olub. Lakin onun müalicəsinə imkan verilməyib.

İnsan haqları təşkilatı məhkumun kamera yoldaşlarına istinadən bildirir ki, Savad İlyasinin müraciətlərinə baxmayaraq zindan onu zindanın tibb məntəqəsinə köçürməkdən imtina olunub və kamerada ona tərkibi bilinməyən iynə vurulduqdan 3 saat sonra o həyatını itirib.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran həbsxanalarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

“İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb”, – deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.