Rusiya Ukraynada canlı qüvvə itkisini doldura biləcəkmi?
Ekspertlər müharibənin uzanacağını proqnozlaşdırır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Moskvanın Ukrayna ərazisini tutması asan olmayacaq, Rusiya canlı qüvvənin azalmasını və avadanlığın tükənməsinin təzyiqini hiss edəcək. Bunu Corctaun Universitetinin Təhlükəsizlik və Yeni Yaranan Texnologiya Mərkəzinin əməkdaşı Marqarita Konayev müsahibəsində deyib.
Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibə ölkənin şərqində yeni mərhələyə keçib. Rusiya əsgərləri müharibənin ilkin dönəmindəki uğursuzluqların əvəzini çıxmağa, Ukrayna qüvvələrini quru döyüşlərində əzmək istəyir.
***
Jurnalist Reyd Stendiş bunun Rusiya ordusu üçün asan iş olmayacağını yazır. Britaniyanın Müdafiə naziri Ben Vallas aprelin 25-də deyib ki, Rusiya fevralın 24-də işğal başlayandan 15 min əsgər itirib. Rusiya isə itkilərini açıqlamır. Martda isə 1300-dən çox əsgərin həlak olduğu təsdiqlənmişdi.
Qərb və Ukrayna rəsmiləri sayca ukraynalılardan xeyli çox Rusiya qüvvələrinin əhvalının aşağı olduğunu, getdikcə tükəndiyini deyirlər. Moskva sürətli qələbəyə nail olmayıb. Müharibədə itki sayının artmasıyla yanaşı, Rusiya hərbi arsenalının, o cümlədən müasir avadanlığının əksər hissəsini işlədib, xeyli sayda raket, artilleriya mərmisi işlədib.
Konayev deyir ki, əslində Donbasın bir hissəsinə nəzarət edən Rusiya qüvvələrinin onu tutmaqla bağlı bəyanatları təkrarlaması onlara proqnozlaşdırılan gələcəkdə nail olma imkanı verir. Ancaq o, Ukraynanın dənizə çıxışının kəsilməsi, Ukraynanın cənubuna bütünlükdə nəzarət, sonradan quru yolu Moldovadakı separatçı Dnestryanı regiona qədər uzatmaqla bağlı bəyanatları narahatedici sayır. Çünki bunlar müharibənin indiki mərhələsində deyil, gələcəkdə həyata keçirilə biləcək məsələlərdir.
***
Təhlilçi Rusiyanın müharibədə hava qüvvələrindən effektiv istifadə etməməsinə diqqət çəkir. “Onlar hədəfləri çox qısa müddətə vuraraq daha təhlükəsiz, Rusiyanın nəzarətində olan ərazilərə çəkilirlər. Rusiya hava qüvvələrinin müharibədə daha geniş iştirakı balansı onların xeyrinə dəyişərdi”, – deyən Konayev canlı qüvvənin də Rusiya üçün böyük problem yaradacağını vurğulayır.
“Müəyyən bir məqamda müharibədəki itkiləri necə əsaslandırman sual ediləcək. Üstəlik, bu heyətin haradan gətirilməsi də böyük məsələdir. Buna görə də Vagner qrupundan muzdluların, hətta Suriya qüvvələrinin Ukraynaya gətirilməsi haqda iddialar var. Muzdluların iddia olunan sayı haqda real dəlil görməmişəm… Ancaq canlı qüvvə qıtlığını doldurmaq üçün bu mənbələrdən getdikcə daha çox istifadə olunacağı qeyri-mümkün deyil”, – Konayev deyir.
***
Rusiya Mariupol şəhərini tutduğunu iddia edir, Xersonda referendum keçirməkdən danışır. Konayev deyir ki, Ukraynanın şərqində və cənubunda böyük ərazilərdə rusdillilər yaşayır. Amma hətta onların arasında belə Rusiyanın müdaxiləsi gözlənilən səviyyədə alqışlanmadı. Ona görə də Rusiya qüvvələri getdikcə daha çox repressiyaya, zorakılığa əl atırlar.
“Mən şəxsən Ukraynanın cənubunda Fələstindəki kimi hərbi işğal, yaxud İraqdakı kimi opponent qüvvələrin çıxarılmasını gözləmirəm. Onlar yerli əhaliylə çox fərqli münasibət quracaqlar. Ancaq yenə də, daha çox dağıntıya üstünlük verirlər ki, qələbəni elan edə, məqsədlərinə çatdıqlarını deyə bilsinlər”, – o söyləyir.
Təhlilçi qanunsuz müharibə şəraitində istənilən referendumun qanunsuz, qeyri-legitim olduğunu vurğulayır. O, Rusiyanın tutduğu ərazilərdə ukraynapərəst yerli əhalinin bir qisminin çıxarılacağını, legitimlik görüntüsü yaratmaqdan ötrü Ukraynanın digər yerlərindən, hətta Rusiyanın özündən müəyyən adamların köçürüləcəyini istisna etmir.
***
Konayev müharibənin uzanacağını proqnozlaşdırır. Bu, qüvvələr balansı və Rusiya Prezidenti Vladimir Putinin itirmək istəmədiyi siyasi komponentlə bağlıdır. Digər tərəfdən Ukrayna döyüşü davam etdirmək üçün nisbətən yaxşı mövqedə olduğu vaxtda geri çəkilməyə meylli deyil.
“Həlledici döyüşü deyil, müharibənin uzanacağını gözləməyi tövsiyə edirəm. Müharibənin humanitar bədəlinə diqqət ayrılmalıdır. Bərpa xərcləri hazırda Qərbin göstərdiyi hərbi dəstəyi keçəcək. Humanitar ehtiyaclara, Ukraynaya gərəkəcək postmünaqişə ehtiyaclarına diqqət ayrılmalıdır”, – ekspert bildirir.
Rusiya Ukraynanı işğal etdiyinə görə Qərbin ağır sanksiyaları ilə üzləşib. ABŞ, Britaniya və digər ölkələr Ukraynaya hərbi dəstək göstərir.