vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:11 | 30 aprel 2022 | Şənbə Məqaləyə 1536 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polşa Ukraynaya 200-dən çox tank verib

Hazırda Ukrayna ordusunda 400-dən çox “T-72” var

MÖVZU İLƏ ƏLAQƏLİ

Polşa Ukraynaya 200-dən çox sovet istehsalı olan “T-72” tankı, habelə onlarca PDM verib. Ümumiyyətlə Rusiyanın Ukraynaya hücumu başlanandan bəri Polşadan Ukraynaya 1.5 milyard avro dəyərində hərbi texnika və avadanlıq verilib.

Polşa Müdafiə Nazirliyinin məlumatına görə Ukraynaya indiyədək Polşadan “Qrad” yaylım atəşi sistemləri, “MiG-29” və “Su-27” qırıcıları üçün “göy-göy” raketləri çatdırılıb.

Bütün bunlardan başqa Polşa Ukraynaya özünün istehsalı olan “WB Electonics” kəşfiyyat dronları verib. Polşa radiosunun verdiyi məlumata görə Çexiya da Ukraynaya “T-72” tankları göndərib.

Hazırda Ukrayna ordusunun 400 bu markadan olan tankı var.

***

“T-72” tankının işlənməsinə 1967-ci ildə Sovet İttifaqında başlanıb. 1973-cü ildə bu tanklar sovet ordusunun cəbbəxanasına verilib.

Tankların seriya istehsalına da elə 1973-cü ildə Uralvaqonzavodda və Çelyabinsk Traktor Zavodunda (ÇTZ) başlanıb.

Kütləvi istehsal 1990-cı illərdə dayandırılıb. İndiyədək ümumilikdə 30 min “T-72” tankı istehsal olunub.

Sovet tanklarından Şərqi Avropanın bir sıra ölkələrinin ordularında istifadə edilirdi. Bunlar əsasən sosialist bloku olan Varşava paktına daxil ölkələr idi.

Ukraynaya daha çox sovet hərbi texnikasının verilməsinə səbəb Ukrayna hərbçilərinin bu texnikadan istifadəni bacarmasıdır.

Lakin indi getdikcə daha çox Ukrayna hərbçisi NATO və Qərb hərbi texnikası ilə işləmək üçün təlim keçir.