vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
21:34 | 7 mart 2014 | Cümə Məqaləyə 1647 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruslar aeroporta girdilər...

Hər şeyi qırdılar, sındırdılar, dağıtdılar

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Silahlı Qüvvələrinin Sevastopolda yerləşən taktiki aviasiya briqadasının təyyarələri Rusiya ordusu tərəfindən sıradan çıxarılıb.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Rusiya ordusu «Belbek» aerodromunu mühasirəyə alınması nəticəsində aerodromdakı bütün təyyarələr ciddi şəkildə zərər görüb. «Rusiya əsgərlərinin vandalizmi nəticəsində aerodromdakı bütün təyyarələr ciddi zərər görüb.

Halbuki briqadanın şəxsi heyəti həmin təyyarələr vasitəsilə uçuş təlimləri keçirir, heyətin hazırlığı ilə məşğul olurdu. Rusiya hərbçiləri MİQ-29, MİQ-29UB və L-39 tipli təyyarələrin təkərlərini güllə ilə deşiblər, balta ilə kabelləri kəsiblər. Mühərrikin içərisinə isə daş parçaları, torpaq töküblər.

Mühərrikdəki yağ və texniki maye boşaldılıb», deyə açıqlamada bildirilir.   Qeyd edək ki, fevralın 28-də ən azı 150 nəfərdən ibarət naməlum silahlı şəxslər Simferopol və Sevastopol aeroportlarına daxil olublar. Sevastopoldakı «Belbek» aerodromu mühasirəyə alınıb.