Türkiyə Yunanıstan səhvindən dərs çıxarıb
Ərdoğan Finlandiya, İsveçin NATO-ya qoşulmasına müsbət baxmır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 13-də deyib ki, onun ölkəsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına “müsbət baxmır”. Associated Press (AP) agentliyi yazır ki, Türkiyə NATO-dakı veto hüququndan istifadə edərək doğrudan da bu prosesə mane ola bilər.
Ərdoğan jurnalistlərlə söhbətində bu barədə deyib: “Biz İsveç və Finlandiya ilə bağlı hadisələri izləyirik və bu barədə rəyimiz müsbət deyil”.
Türkiyə prezidenti öz mövqeyini İsveç və başqa Skandinaviya ölkələrində kürd separatçılara və Türkiyənin terrorçu hesab etdiyi başqa qruplara dəstək verildiyinə dair Ankaranın iddiaları ilə izah edib.
***
Ərdoğan əlavə edib ki, Türkiyə vaxtilə Yunanıstan barədə etdiyi “səhvi” təkrarlamaq istəmir.
O deyib ki, Türkiyə 1980-ci ildə Yunanıstanın NATO-ya təkrar qoşulmasına razılıq versə də, Afina sonrakı illərdə Ankaraya düşmən mövqe tutub.
AP yazır ki, Ərdoğan Finlandiya və İsveçin NATO-ya qoşulmasının qarşısını alacağını birbaşa bildirməyib, amma alyansın qaydalarına görə burada bütün qərarlar konsensusla, yəni 30 üzv ölkənin hamısının razılığı ilə qəbul edilir.
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Finlandiya və İsveçdən rəsmi müraciət alınarsa, alyans onların üzvlük niyyətini məmnuniyyətlə qəbul edəcək.
Bir neçə NATO rəsmisinin bildirməsinə görə bu iki ölkədən rəsmi müraciət “bir-iki həftə ərazində” alına bilər.
***
Bu arada İsveçdə ölkənin NATO-ya qoşulmasının təhlükəsizliklə bağlı mümkün nəticələri götür-qoy edilir.
İsveçdə ehtiyat edirlər ki, Ukraynada müharibənin davam etdiyi bir vaxtda ölkənin NATO-ya qoşulması Moskvanı sərt cavab tədbirlərinə sövq edə bilər.
İsveç hökumətinin bu barədə ekspertlərə sifariş etdiyi təhlil hesabatı müzakirə üçün parlamentə təqdim olunub. Müzakirələr mayın 13-ə təyin edilib.
Bu debatların nəticəsi olaraq baş nazir Maqdalena Andersonun kabineti NATO-ya üzvlük məsələsi barədə qərar qəbul etməlidir.
AP yazır ki, NATO üzvlüyü İsveçə kollektiv təhlükəsizlik qarantiyaları versə də, Rusiyanın mümkün cavab reaksiyalarına səbəb ola bilər.
Ekspertlər Rusiyanın mümkün cavab reaksiyalarının arasında hibrid hücumlarını, İsveçin dəniz və hava məkanının pozulmasını qeyd edirlər.
Hökumətin təqdim etdiyi hesabatda deyilir ki, Ukraynadakı müharibə Rusiyanın başqa ölkələrə qarşı təcavüz imkanlarını məhdudlaşdırıb, amma Moskva hələ də İsveç kimi ölkələrə qarşı düşmən tədbirlərə əl atmaq iqtidarındadır.
Hesabat hökumətə NATO-ya qoşulub-qoşulmamaq barədə heç bir tövsiyə vermir.
Lakin İsveçin xarici işlər naziri Ann Linde İsveç parlamenti – Riksdaqendə millət vəkillərinə deyib ki, ölkəyə “silahlı basqın tamamilə istisna edilə bilməz” və bu mənada NATO üzvlüyünün verəcəyi təhlükəsizlik qarantiyası mühümdür.
Finlandiyanın baş naziri və prezidenti mayın 12-də bəyan ediblər ki, onlar ölkənin NATO üzvlüyü üçün tez bir zamanda müraciət etməsinə tərəfdardırlar.
***
Prezident Co Bayden mayın 13-də Finlandiya və İsveçin liderləri ilə birgə telefon söhbətində bu ölkələrlə ABŞ arasında daha sıx təhlükəsizlik və müdafiə əməkdaşlığının əhəmiyyətini vurğulayıb və onların NATO-ya qoşulmaq niyyətlərini dəstəklədiyini bildirib.
Ağ Evin məlumatında deyilir ki, prezident Bayden İsveçin baş naziri Maqdalena Anderson və Finlandiya prezidenti Sauli Ninisto ilə söhbətində bu ölkələrin Ukrayna və Ukrayna xalqına davam edən müharibədə koordinasiyalı dəstək verməsinin əhəmiyyəti vurğulanıb.
Ağ Ev və Pentaqon daha sonra bildiriblər ki, onlar Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı Türkiyənin mümkün iradlarına aydınlıq gətirməyə çalışırlar.
Ağ Evin bu barədə məlumatında deyilir ki, prezident Bayden NATO-nun Açıq Qapı siyasətini, habelə Finlandiya və İsveçin xarici siyasət və gələcək təhlükəsizlik formatının seçimindəki müstəqilliyini dəstəkləyir.
NATO-nun bir çox üzvləri, o cümlədən Britaniya və Almaniya İsveç və Finlandiyanın NATO-ya qoşulmaq niyyətinə dəstək bildiriblər.
Lakin NATO üzvü olan Türkiyənin bu məsələ ilə bağlı irad bildirməsi alyansın narahatlığına səbəb olub.
Ankara indiyədək Qərbi Avropa və Skandinaviya ölkələrini Türkiyənin terrorçu hesab etdiyi PKK və YPG kimi qruplaşmalara münasibətdə “yumşaq davranmaqda” ittiham edib.
Ərdoğan mayın 13-də deyib ki, “Skandinaviya ölkələri terror təşkilatları üçün qonaq evinə çevriliblər”.
Ərdoğanın bəyanatından bir neçə saat sonra Ağ Ev və Pentaqon Türkiyənin mövqeyinə aydınlıq gətirilməsi istiqamətində işlədiklərini bildiriblər.