vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
18:38 | 9 mart 2014 | Bazar Məqaləyə 1824 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Aşağılamadan Putinə anlatmalıyıq ki...»

«Ona görə SSRİ-nin süqutu 20-ci əsrdəki faciələrdən daha acınacaqlıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Putinin Ukraynaya münasibətdə ağlasığmaz addımları mənim üçün gözlənilməz olmadı. Çünki o, SSRİ-nin çöküşünü XXI əsrin ən böyük fəlakəti adlandıran adamdır».

Musavat.com-un məlumatına görə, bunu Euronews kanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi, nüfuzlu politoloq və sovetoloq Zbiqnev Bjezinski deyib.

Onun sözlərinə görə, birinci və ikinci dünya müharibəsi zamanı öldürülən milyonlarla insan, Xolokost qurbanları, bəşəriyyətə nüvə fəlakəti vəd edən soyuq müharibə Sovet İttifaqının gizli agenti olmuş Putin üçün SSRİ-nin süqutundan balaca məsələlərdir. 

«Əgər o, Ukraynanı ala bilsə, öz arzusunu reallaşdıra biləcək. Biz Putinə çox sakit şəkildə, onu aşağılamadan anlatmalıyıq ki, əgər o, davam eləmək və Ukraynanı hədələmək fikrindədirsə, nəticələr qaçılmaz olacaq. Əgər ruslar Krımdan əl çəkməsələr, sizi əmin edirəm ki, antirusiya ovqatında olmayan ukraynalıların əksəriyyəti öz mövqeyini dəyişəcək» – deyə politoloq vurğulayıb.

Z.Bjezinski ABŞ-ın Rusiyaya təzyiq rıçaqları qismində Moskva ilə iqtisadi anlaşmaların və rusiyalıların xaricdəki bank hesablarının dondurulmasını xüsusi qeyd edib: «Avropanın geosiyasi mərkəzində bu cür hərəkətlərin Rusiyaya böyük və real maddi itkilərə başa gələcəyini ruslara anlatmaq üçün çoxlu belə üsullar var».