“Güzəştə getmək olmaz”
Ukraynanın eks-prezidenti dünyanı Rusiyaya qarşı birlik olmağa çağırır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Sabiq Ukrayna Prezidenti Petro Poroşenko Ukraynadakı siyasətçilərə və dünya lidelərinə sadə bir mesajı var: birlik olun və Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda güzəştə getməyin.
“Putin yalnız gücdən başa düşür və o, dünyanın ona icazə verdiyi qədər irəli gedəcək,” 56 yaşlı siyasətçi və şokolad maqnatı “Nastoyaşeye Vremya”ya müsahibəsində bildirib. “Biz dünyada və xüsusilə də Avropada belə bir presedent yarada bilmərik ki, bir dövlət İkinci Dünya Müharibəsindən sonra müəyyən edilmiş sərhədləri zorla dəyişdirə bilsin.”
Sabiq prezidentin şərhləri Ukraynadakı müharibə artıq üç aydır davam etdiyi və döyüşlər daha çox ölkənin şərqində Donbas bölgəsində aparıldığı bir vaxta təsadüf edib. Orada Ukrayna və Rusiya qoşunları qəddar və ləng tükəndirmə döyüşü aparırlar.
Ukrayna ordusu bir çox ekspertlər və rəsmilərin münaqişənin ilk günlərində təxmin etdiyindən daha yaxşı nəticə göstərir və Rusiya qoşunlarını bir çox mühüm ərazilərdən çıxara bilib, Moskva isə müharibədəki məqsədlərini yenidən nəzərdən keçirərək, Ukraynanın şərq və cənubunun daha kiçik hissələrini ələ keçirməyi hədəfləyib.
Poroşenko deyir ki, müharibənin danışıqlar yolu ilə sona çatması üçün Kiyev və Moskva arasında hələ də ciddi məsafə qalır və Qərb Kremlə qarşı gördüyü sərt tədbirləri davam etdirməlidir, çünki onun sözlərinə görə, Putinin anladığı yeganə dil budur.
“Putin Ukraynanı bir dövlət kimi dünya xəritəsindən silmək istəyir”, Poroşenko deyib. Ona görə də, atəşkəsdən, rus qoşunlarının çıxarılmasından və humanitar vəziyyətin həllindən başqa heç nədən danışmaq mümkün deyil. Bir ölkənin ərazi bütövlüyü və suverenliyi güzəştə getmək olmaz”.
Ukraynalı siyasətçi həmçinin bildirib ki, Putinin çıxışları və bəyanatlarında Ukraynada nüvə və ya kimyəvi silahlardan istifadə etmək təhdidləri Qərb liderlərini çəkindirməməlidir. Poroşenko deyir ki, o bunu boş ritorika olaraq görür və Rusiya liderinin bu silahlardan istifadə etməyin əks təsirlərindən qorxduğuna inanır.
“O, kütləvi qırğın silahlarından istifadə etməyi düşünsə, ona qorxu mane olacaq, çünki Putin cavab zərbələri ilə məhv ediləcəyini bilir”, Poroşenko deyib.
***
Poroşenko 2014-cü ildə xalq üsyanı nəticəsində keçmiş prezident Viktor Yanukoviçin ölkədən qaçmasından sonra hakimiyyətə gəlib və daha sonra onun hakimiyyəti dövründə Ukraynanın şərqində Kremlin dəstəklədiyi separatçı qüvvələrlə müharibə başlayıb.
Poroşenko müsahibədə müharibə zamanı “Ukrayna daxilində birliyə” çağırıb və deyib ki, fevralın 24-də Prezident Zelenski ilə görüşüb və “yenidən başlamaq” üçün fikir ayrılıqlarını kənara qoymağa razılaşıb.
“Başa düşün ki, [Rusiyanın hərbi müdaxiləsindən] öncə və sonrakı həyatlar tamamilə fərqli dünyalardır,” Poroşenko deyib. “Bizim [Ukrayna üçün ölənlərin] qohumlarının gözlərinə baxmaq kimi bir öhdəliyimiz var. Onlar canlarını ona görə verməyiblər ki, biz yenidən köhnə vəziyyətə qayıdaq”.
Poroşenko hakimiyyətdə qaldığı beş il ərzində Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını başladıb, 27 üzvlük ittifaqla Assosiasiya Razılığını imzalayıb və ölkənin hərbi ittifaqa qoşulmaq niyyətini konstitusiyaya daxil edib. Lakin, korrupsiya ilə mübarizə sahəsində islahatların olmaması və yaşayış standartlarının azalması səbəbilə onun populyarlığı azalıb.
Ukraynanın ən zəngin vətəndaşlarından biri olan Poroşenko parlament üzvüdür və Avropa Həmrəyliyi adlı müxalif partiyanın lideridir.
Poroşenkoya qarşı qaldırılan dövlətə xəyanət ittihamları onun iddia olunana görə, 2014 və 2015-ci illərdə prezident olarkən Donbasdan külli miqdarda kömür satışının təşkil etməsi ilə əlaqəli idi ki, prokurorlar bu satışın separatçıları maliyyələşdirməyə kömək etdiyini bildirmişdi. Poroşenko ittihamları rədd edib və onların siyasi məqsəd danışıdığını Zelenski tərəfindən qisas məqsədilə hazırlandığını bildirib.
Ukraynada keşməkeşli daxili siyasət və liderlər arasında rəqabət Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri dayandırılıb.