vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
09:09 | 24 may 2022 | Çərşənbə axşamı Məqaləyə 794 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belarus yenə qoşun cəmləşdirir

Rəsmi Minsk bunu Ukrayna sərhədində hazırlığının yoxlanma fazası adlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Silahlı Qüvvələri bildirir ki, Belarus Ukrayna sərhədi boyunca qoşun cəmləşdirilməsini və aktivliyini artırıb: “Belarus Respublikasının silahlı qüvvələri kəşfiyyat fəaliyyətini intensivləşdirib və Homel rayonunda sərhəd boyunca əlavə hərbi birləşmələr yerləşdirib”.

Mayın 23-də verilmiş məlumatda deyilir ki, Belarus ərazisindən raket zərbələri təhlükəsi qalmaqdadır.

Ukraynanın bu bəyanatından az sonra Belarusun Müdafiə Nazirliyi bildirib ki, ölkə silahlı qüvvələrinin hazırlığının və hərəkətliyinin yoxlanmasının “daha bir fazasına” başlanıb.

Belarus Moskvanın fevralın 24-dən Ukraynada başladığı müharibədə rəsmən iştirak etmir, lakin Rusiyanın Ukraynaya hücumu üçün məhz Belarusun ərazisi platsdarm olub.

Bu da xəbər verilir ki, mayın 23-də Vladimir Putin yaxın müttəfiqi Aleksandr Lukaşenka ilə daha bir görüş keçirib.

Putin və Lukaşenka Soçidə keçirilən görüşdə Ukraynada davam edən müharibəni müzakirə ediblər.

***

Kiyevdə məhkəmə 21 yaşlı rusiyalı Vadim Şişimarini silahsız dinc şəxsin qətlinə görə ömürlük həbsə məhkum edib.

Təqsirləndirilənin vəkili Viktor Ovsyannikov məhkəmədə yekun çıxışında deyib ki, müvəkkili Aleksandr Şelipovu vurmaq əmrinə iki dəfə əməl etməyib, sonra öz həyatı üçün qorxduğundan əmri yerinə yetirib.