vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
08:19 | 25 may 2022 | Çərşənbə Məqaləyə 712 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İstefada olan general öldürülüb

Ukrayna səmasında Kanamat Botaşevin idarə etdiyi qırıcı təyyarə vurulub

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna səmasında Rusiya hərbi-hava qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşevin idarə etdiyi qırıcı təyyarə vurulub. Bu barədə məlumatı BBC-nin Rus xidməti həlak olmuş generalın tabeçiliyində olmuş üç hərbçiyə istinadən yayıb. Rusiya Müdafiə Nazirliyi hələki bu xəbərə şərh verməyib.

Ötən bazar, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər vermişdi ki, Luqansk vilayətinin Popasnı rayony üzərində “Stinger” hava hücumundan müdafiə raketi ilə Rusiyanın Su-25 qırıcı təyyarəsi vurulub. Bu da xəbər verilirdi ki, pilot katapult edə bilməyib.

Bu xəbərin ardınca Rusiya teleqram-kanallarında yayılan məlumatlarda deyilirdi ki, qırıcı təyyarəni general Botaşevin özü idarə edirmiş.

Kanalın administratoru sonradan “Botaşev” soyadını silsə də, müzakirə iştirakçıları onun adını K.X.B (Kanamat-Xusiyeviç-Botaşev) şəklində qeyd edirdilər.

***

Bu da qeyd olunur ki, Botaşev Rusiyanın Ukrayna müharibəsində həlak olması barədə xəbər verilmiş ən yüksək rütbəli pilotudur. 63 yaşlı pensiyaçı generalın Ukrayna səmasında vurulan Su-25-in sükanı arxasına necə keçdiyi barədə məlumat yoxdur. Keçmişdə tabeliyində olmuş hərbçilər bu fikirdədirlər ki, general “sadəcə olaraq hadisələrdən kənarda qalmaq istəməyib”.

Botaşev istefaya gedənədək aviasiya alayı komandiri idi. 63 yaşlı general-mayor təqaüdə çıxdıqdan sonra Peterburq və Leninqrad vilayətlərinin DOSAAF - Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti‎nin aviasiya üzrə rəis müavini işləyirdi.

***

Rusiyada hərbi komissarlıqların və özəl hərbi şirkətlərin istefada olan hərbçiləri müharibədə iştiraka cəlb etmələri məlumdur. Ümumiyyətlə, Ukraynada Rusiyanın azı 31 hərbi təyyarəçisi həlak olub.

Rusiya Müdafiə Nazirliyinin Ukraynanın bütün havadan müdafiə və hərbi-hava qüvvələrinin məhv edildiyinə dair bəyanatlarına baxmayaraq, Rusiya hələ də Ukrayna səmasında hegemonluğu ələ ala bilməyib.

Xəbər verilir ki, Ukrayna hazırda ən müasir hava hücumundan müdafiə sistemlərinə və çox sayda zenit qurğularına malikdir. Ukrayna tərəfi indiyədək 204 Rusiya hərbi təyyarəsinin vurulduğunu bildirir. Rusiya Müdafiə Nazirliyi isə bu kimi xəbərləri şərh etmir.

Vikipediadakı məlumata görə Kanamat Botaşev 1959-cu ildə Qaraçay-Çərkəz Muxtar Vilayətinin Aşağı Teberda kəndində doğulub. Burada əsasən milliyyətcə qaraçaylar yaşayırlar.