Krıma qatar reysləri dayandırılıb
Rusiya Krım-Kuban körpüsü açmağı düşünür
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Krım tatarları soyqırıma uğrayıb
Polşa 1944-cü il sürgününü tanıyan 5-ci ölkə oldu
-
Rusiyanı qorxu bürüyüb
Helsinki Komissiyası işğalçı ölkənin parçalanmasını müzakirə edir
-
Zelenski Bakıya nə zaman gələcək?
Prezident İlham Əliyev təlimat verə bilər
-
Kreml Minskdə boykot oldu
Rusiyalı ekspertlər ölkələrinin tamamilə təkləndiyini etiraf edirlər
-
Ankara Krımın ilhaqını bağışlamır
Türkiyə və Rusiya münasibətləri yeni müstəvidə
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
Krımın ilhaqından 5 il ötür
“Yaşıl adamlar”ın qurutduğu yarımada
-
Bakının layihəsinə separat barmağı
Rusiya “şimal-cənub” dəmiryolunu Krıma qədər uzatmaq istəyir
-
Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır
Bu ilhaqa haqq qazandırmaq deməkdir
-
Azov böhranı
Putin üçün üçün legitimlik vacibdir
-
“Bu, pis nümunə olardı”
Almaniya XİN rəhbəri Dağlıq Qarabağdan da missal çəkib
-
Arbitraj Məhkəməsindən antirusiya qərarı
Moskva Ukrayna şirkətlərinə kompensasiya ödəyəcək
-
«Putin rejimi çökəcək, ...»
«... Rusiya isə dağılacaq»
-
Putinə «lağlağı dua» oxuyanlar həbs olunub
«Pussy Riot» üzvlərini Krımda saxlayıblar
-
Rusiya mediası niyə çabalayır?
Həqiqətən kollektiv patologiyalar olurmuş...
Ukrayna Dəmir Yolları Krıma qatar reyslərini dayandırıb. APA TV-nin xəbərinə görə, Kiyevin ən böyük nəqliyyat şirkətinin məlumatına görə, hazırda bu günə və sabaha satılan biletlərin sayı dəqiqləşdirilir.
Məlumatda qeyd edilib ki, hazırda Kiyevdəki dəmir yol vağzalının kassalarında da Simferopol və Sevestopola olan 60 biletin satışına qadağa qoyulub. Məsələyə münasibət bildirən Krım Muxtar Respublikası baş nazirnin birinci müavini Rüstəm Temirgaliev, «İnterfaks» agentliyinə açıqlamasında xəbəri təsdiqləyib. «Biz krımlılar üçün Krım-Kuban körpüsü açılacaq».
Qeyd edək ki, Ukraynada baş verən hadisələrin fonunda Krım rəsmi Kiyevlə əməkdaşlıqdan imtina edir.
Bu arada Rusiya hərbçiləri Perekop bərzəxində hərbi postlar qurur. Rusiya artıq Avrasiya materiki ilə Krımı birləşdirən bərzəx boyunca hərbi postlar qurub. Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti Administrasiyasından məlumat veriblər.
Məlumatda bildirilib ki, ötən gün Krımın dövlət sərhədlərini və sərhəddə yerləşən rayonları mühafizə edən təyyarə bu ərazilərdə Rusiya hərbi qulluqçularının çoxlu sayda hərbi postlarını aşkar edib. Həmin hərbi postlardan təyyarəyə atəş açıldığı da bildirilib.