vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
10:42 | 30 may 2022 | Bazar ertəsi Məqaləyə 665 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada gizli səfərbərlik

Poçt qutularına reklam, küçələrdə elan vərəqləri ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində şəhər sakinlərinin poçt qutularına müqavilə xidmətinin reklamı ilə bağlı vərəqələr atılır, eləcə də küçələrdə elanlar yerləşdirməyə başlanılıb. Bu barədə “Sota” teleqram kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müqavilə ilə hərbi xidmət üçün qeydiyyatdan keçənlərə “40.000 rubl və ya daha çox məbləğdə pul müavinəti” (rəsmi məzənnə ilə təxminən 600 ABŞ dolları), “pulsuz səyahət”, “mənzil” və “ali təhsil almaq” imkanları təklif olunur.

Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, Ukraynaya müdaxilədə iştirak üçün səfərbərlik elan etməyəcəklər. Bundan əvvəl isə Vladimir Putin müqavilə ilə xidmət üçün yuxarı yaş həddini ləğv edən qanunu imzalayıb.

Ukrayna müharibə başlayandan bəri Rusiya ordusunun itkilərinin 30 minə yaxınlaşdığını bildirir. Britaniyanın Müdafiə naziri Ben Vallas aprelin 25-də deyib ki, işğala başlayandan bəri Rusiya 15 min hərbçisini itirib. Rusiya Müdafiə nazirliyi yalnız bir dəfə, martda 1300-dən çox əsgərinin həlak olduğu bildirib və daha sonra bu məlumat açıqlamayıb.