Lisiçanskda vəziyyət “xeyli pisləşib”
1 milyon insanı qazsız, susuz qalıb, dinc sakinlərin evakuasiyası davam edir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Avropa İttifaqı (Aİ) liderləri mayın 30-da Kiyevə dəstək üçün bir araya gələcək. Rusiya qüvvələri isə Ukraynanın cənub-şərqindəki Donbas regionuna hücumu gücləndirir. Aİ-nin ikigünlük sammiti ərəfəsində Almaniyanın İqtisadiyyat naziri Robert Habek blokun vəhdətində “parçalanmanın başlaması” ilə bağlı narahatlıq bildirib.
Sammitdə blok üç aydan çoxdur özünü Rusiyanın səbəbsiz işğalından müdafiə edən Ukraynaya dəstəyini bir daha vurğulayacaq, Kiyevə silah və maliyyə yardımının davam edəcəyini bildirəcək.
Mayın 29-da Aİ səfirləri kəmərlə idxal olunan Rusiya neftini sanksiyalardan azad etməklə bağlı Avropa Komissiyasının təklifi üzrə konsensus əldə edə bilməyiblər. Komissiya daha öncə altı ay ərzində Rusiyadan neft idxalına tamamilə qadağa qoymağı təklif edirdi. Amma Macarıstan buna qarşı çıxıb.
Aİ sammitində müzakirənin yenidən açılacağı, beş il ərzində Rusiyadan neft idxalına son qoyulması təklifinin də götür-qoy olunacağı gözlənir.
***
Ukrayna Prezidenti Vladimir Zelenski mayın 30-da Aİ liderlərini Rusiyaya iqtisadi sanksiyaların yeni partiyasına çağıracağı gözlənir.
Rusiya Ukraynanın şərqində hücumu gücləndirir, strateji şəhərlərə yaxınlaşır. Prezident Zelenski mayın 29-da Xarkova baş çəkəndən sonra bu şəhər atəşə tutulub.
Ukraynanın şərqindəki Severodonetsk və Lisiçansk şəhərlərinə Rusiyanın təzyiqi artır. Yaxınlıqdakı Liman şəhərinin artıq tutulduğu iddia olunur. Ukrayna isə strateji ərazilərin hələ də müdafiə olunduğunu deyir.
Luqansk vilayətinin qubernatoru Serger Qayday son saatlarda Lisiçanskda vəziyyətin “xeyli pisləşdiyini”, “itkilər, yaralılar olduğunu” deyib.
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya qüvvələri Severodonetskdə “hücum əməliyyatı həyata keçiriblər”. Qayday isə Donets çayı sahilində yerləşən şəhərdə küçə döyüşləri getdiyini bildirib.
Qayday mayın 30-da deyib ki, Rusiya qüvvələri “çox ağır” döyüşlərlə Severodonetskə girir. Onun sözlərinə görə, 1 milyon insanı qazsız, susuz qalıb, dinc sakinlərin çıxarılması davam edir.