“Lənətlənmişlər məkanı”
İranda siyasi məhbus qəbiristanlığı hasarlanıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
İranda 1980-ci illərin sonlarında öldürülmüş minlərlə siyasi məhbusun və rejimin opponentinin qohumları onillərdir Tehrandakı Xavaran qəbiristanlığındakı nişanəsiz məzarlara buraxılmırdılar. Həmin qətliamı gizlin saxlamağa çalışan hakimiyyət indi də qəbiristanlığı hasarlayır.
Ötən həftə sosial mediada yayılmış video və fotolarda məzarlıq ətrafına beton hasar çəkildiyi, təhlükəsizlik kameraları qurulduğu görünür. Bir çox iranlı buranı “lənətlənmişlər məkanı” adlandırır.
***
Paytaxtın şərqində yerləşən bu qəbiristanlıqda nə vaxtsa dini azlıq təmsilçiləri dəfn olunurdu. Amma Xavaran 1988-ci ildə kütləvi edam olunan siyasi məhbusların, klerik rejimin opponentlərinin gizli dəfn yerinə çevrildi.
Xavarandakı məzarlar nişanəsizdir. Tehran onillərdir qurbanların ailələrinin ziyarətinə icazə verməyib, oraya gül, xatirə simvolları qoyanları cəzalandırıb. Belə bir sərt rəsmi rəftar Tehranın dissidentlərin və dini azlıq təmsilçilərinin qətlini ört-basdır etməsi, hətta onların dəfn yerlərinin murdarlanması ittihamlarına yol açıb.
Ailələr və fəallar məzarlığın hasarlanmasını hakimiyyətin Xavarana girişi daha da məhdudlaşdırmaq cəhdi kimi görürlər. Qurbanların ailələrini təmsil edən bir qrup hasarlanmaya qəzəblənib.
“Rejimin ailələrin ziyarətini önləmək üçün hasar çəkmək və kamera quraşdırmaq qərarını qəbul etmirik. İslam respublikasını bu ailələrin təqibini mümkün qədər tez dayandırmağa, bizi qorxutmaq əvəzinə suallarımıza cavab verməyə çağırırıq”, – qrup bu həftə bəyanatında bildirib.
***
Keçmiş prokuror müavini, 1988-ci ildə Tehranın Evin həbsxanasında 100-dən çox edamda və insan haqları pozuntusunda əli olmaqda suçlanan Həmid Nuri İsveçdə mühakimə olunur və iyulun 14-də hökm gözlənir.
Nurinin hansı məhbusların edam olunmasını müəyyənləşdirməkdə hakimlərə yardım etdiyi bildirilir. Ovaxtkı Ali dini lider Ayətulla Ruhulla Xomeyninin 1980-88-ci illərin İran-İraq Müharibəsinin sonunda verdiyi fətva İran torpağında hücumların təşkilində suçlanan Mücahiddini-Xalq Təşkilatının (MKO) üzvlərinə qarşı idi. Sonradan fətva “mohareb”, yəni Allaha qarşı müharibə aparmaqda təqsirli bilinənlərə aid olundu.
“Amnesty International” insan haqları təşkilatı həmin dövrdə 4500 nəfərin, MKO isə 30 minədək insanın öldürüldüyünü bildirir. Onların içində MKO üzvləri, tələbələr, solçular, dini rejimin digər şübhəli opponentləri olub.
Nuri 2019-cu ildə İsveçə tətilə gedərkən saxlanıb və Stokholmda beynəlxalq hərbi cinayətlər və insan haqları pozuntuları ittihamları ilə məhkəməyə çıxarılıb. İran bu addımı sərt tənqid edib, Nuriyə azadlıq tələb edib.
İran Prezidenti İbrahim Rəisi daxil olmaqla dini isteblişmentin bir sıra üzvlərinin kütləvi qətllərdə rolu olduğu bildirilir. BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Rəisinin qətliamda mümkün rolunu araşdırmağa çağırıb.