vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
13:44 | 4 iyun 2022 | Şənbə Məqaləyə 703 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya ordusunu itirdi

Stokholmdakı Müharibə Tədqiqatları İnstitutundan sensasiyalı hesabat

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiya Federasiyasının Ukraynaya yeritdiyi hərbi birləşmələrin komandirləri İzyum şəhərinin ətrafındakı situasiyanı nəzərə almadıqlarına görə 64-cü və 38-ci əlahiddə qvardiya motoatıcı briqadalarda çox böyük itkilərə səbəb olublar. Həmin briqadaların hər birində indi ən uzağı 100 hərbi qulluqçu var”.

Stokholmdakı Müharibə Tədqiqatları İnstitutunun (“Institute for the Study of War” – “ISW”) son hesabatında belə deyilir.

Ekspertlərin fikrincə, Ukraynanın Xarkov vilayətindəki İzyum şəhəri uğrunda gedən döyüşlərdə Rusiya qoşunlarının komandirləri meşəlik ərazilərdə döyüşən hərbi birləşmələri gərəkli avadanlıq və texnika ilə vaxtında təmin etməyiblər.

Bundan başqa, həmin hərbi birləşmələrin ağır artilleriya vasitələri vaxtında təmir edilməyib, komanda mərkəzləri və qərargahlarla effektiv rabitə qurulmayıb, şifrələnmiş telefonlar çatışmazlığından komandirlər adi messencer proqramlardan istifadə etmək məcburiyyətində qalıblar.

Məhz döyüşən birliklərlə komandanlıq arasında normal rabitənin olmaması ukraynalılara Rusiya qoşunlarının ön mövqelərinə ağır zərbələr endirməyə imkan verib.

Bütün bunlarla yanaşı, “Vaqner” Özəl Hərbi Şirkətinin yaraqlıları döyüşlərə qatılmaqdan boyun qaçırıblar ki, nəticədə Rusiya qoşunları İzyum qövsü boyunca irəliləyə bilməyiblər.

Nəticədə Rusiyanın 35-ci ümumqoşun ordusu İzyum ətrafında faktiki olaraq məhv edilib. (Milli.Az)