Rusiyanın qurduğu oyun
Millətçi keçmişi olan ölkənin neytrallıq fasadı qopdu
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
Kreml Ukrayna üzərində hegemonluq qurmaq siyasətindən əl çəkmədikcə və beynəlxalq münasibətlər sistemindən təcrid olunduqca digər regionlarda ehtiyatda olan münaqişələri aktuallaşdırır.
Rusiya Federasiyasının xarici siyasət kursundakı barıt qoxusunu tündləşdirməkdən geri çəkilməsi çətin məsələdir, buna görə də, Qərbin “Axilles dabanından” vurmaq üçün nizələrini Avropaya çevirir.
Avropadakı bəzi ölkələr isə Rusiyaya qarşı beynəlxalq sistemli davranışda yer almaqdan boyun qaçırmağa çalışır, elə Almaniya və Fransa kimi ölkələr də Moskvaya üstüörtülü-gizli simpatiya göstərir.
Amma Fransa və Almaniyadan fərqli olaraq Serbiya Rusiyaya mənəvi simpatiya duyur və Moskvanın Ukraynadakı hərəkətləri onun da xoşuna gəlir.
Bu cür mənəvi-siyasi bağlılıq Moskva ilə Belqradı yeni düzən fonunda əlaqələri genişləndirmək çağırışları ilə qarşılaşdırır.
Sxemin konseptual görünüşü belədir:
1. Rusiya Serbiyadakı hakimiyyəti dəstəkləyir, ölkədə millətçi meyllərin qızışması üçün kəşfiyyat işlərini gücləndirir;
2. Bosniya və Herseqovinadakı Serb Respublikasının Serbiyaya birləşməsi üçün təlimatlar hazırlayır;
3. Avropanın içərisini münaqişəyə “hamilə” vəziyyətinə gətirir;
4. Millətçi ənənəsi olan Serbiya bundan narahat olmur;
5. Rusiya Serbiyaya daha ucuz qiymətə qaz təklif edərək onun jestinə cavab verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyaya səfər etmək arzusu həmin istiqamətlər üzrə tezisləri müzakirə etmək məqsədi daşıyırdı, amma Bolqarıstan, Şimali Makedoniya və Monteneqro öz hava məkanını Lavrovun təyyarəsi üçün bağladı.
Rusiya buna görə məyus deyil və səylərini davam etdirərək münaqişə qazanını qaynama həddinə qədər qızdırmaqda davam edəcək.
Serbiyanın Qərblə Rusiya arasındakı ip üzərindən düşərək üzünü Rusiyaya tutmasına şərait yaradan mənbələrdən biri də Kosovadır.
Kosovanın müstəqil olması Rusiyanın Serbiyaya investisiyalarını təşviq etdi və indi Rusiyanın Serbiyadakı iqtisadi-enerji maraqları son dərəcə əhəmiyyətlidir və rəqiblərini üstələyir.
Serbiya hesabına qazanılan bu mövqe Rusiyanın təbii qaz və neft asılılığı olan Balkan bazarındakı mövqeyini bərkidir.
Serbiyanın Rusiya üçün qazandırdığı imkanlar Qərbin Avropadakı strateji yuvalarına çomaq soxur.
Təbii ki, münasibətlərin belə tempinə görə Serbiya cəzasız qalmayacaq, belə ki, Belqradın tövrü onun Avropa İttifaqı üzvü olmaq yolundakı qapıları üzünə bağlayacaq.
Hərçənd ki, Serbiyanın Avropa İttifaqına üzv olması strateji oyun məntiqində Rusiyanın da əlinə işləyə bilər.
Yəni, Serbiya Avropa İttifaqı ailəsinin “övladı” olarsa, Rusiya həmin birlikdə daxili oyunçu əldə edəcək. Ancaq Avropa Birliyi Serbiyanın “ağzına” qıfıl vurub – buna görə də, Rusiya-Serbiya əlaqələri ikitərəfli qaydalarla tənzimlənəcək.
Ukraynadakı müharibə Serbiyanın Rusiya ilə Avropa arasındakı neytrallıq fasadını Moskvanın xeyrinə dəyişdirdi.
Serbiyanın başqa planı da ola bilər, məsələn mümkündür ki, Belqrad Avropanın təhlükəsizlik arxitekturası, enerji təhlükəsizliyi, Kosovanın statusu ilə bağlı mübahisəli məsələlərdə sövdələşmə gücünü artırmaq üçün tərəfləri bir-birinə qarşı oynatmağa çalışsın.
Amma bu oyun Rusiyanın təsir dairəsinin genişlənməsinə gətirib çıxarır, çünki Moskva Balkan regionunu NATO-nun təsir dairəsini azaldan əsas səhnə kimi görməkdə davam edəcək.