vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
08:42 | 9 iyun 2022 | Cümə axşamı Məqaləyə 647 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müharibə Avropaya yayıla bilər”

Zelenski Rusiyanın Donbasda çox ağır itkilər verdiyini deyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna qüvvələri iyunun 8-də yenidən ölkənin şərqindəki Severodonetsk şəhərinin ətraflarına çəkilməli olub. “Reuters” region qubernatoruna istinadən bildirir ki, hazırda bu şəhərdə Ukrayna müharibəsinin ən qanlı döyüşləri gedir.

Xəbər verilir ki, Rusiya bu kiçik sənaye şəhərinin alınmasına özünün çox sayda canlı qüvvəsini və hərbi texnikasını cəlb edib.

Ukrayna tərəfi bildirir ki, Severodonetski mümkün olduğu qədər düşmənə təslim etməyəcək.

Luqansk regionunun qubernatoru bildirib ki, ötən həftə Ukrayna qüvvələrinin gözlənilməz əks-hücumundan sonra şəhərin əksər ərazisi Rusiya qüvvələrindən təmizlənib.

Xəbər verilir ki, Ukrayna qüvvələri hələki Severski Donetsk çayının sahilində yerləşən Lisiçansk şəhərinə də nəzarət edir.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanık deyib ki, Rusiya Severodonetskin bir sıra hissələrində Uikrayna qüvvələrindıən 10 dəfə artıq canlı qüvvə və texnikaya malikdir.

***

Bu arada Ukraynanın baş danışıqçısı və Zelenskinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb ki, Rusiya bu müharibədə məğlub edilməsə, müharibə Avropa İttifaqına yayıla bilər.

“Reuters” agentliyinin yazdığına görə Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Severodonetskin müdafiəçiləri Rusiya qüvvələrini çox ağır itkilərə məruz qoyurlar:

"Bir çox baxımdan burada Donbasın taleyi həll olunur”.

Rusiya qüvvələrinin Severodonetskdə çox ağır itkilərə məruz qaldığını və yüzlərlə əsgər itirdiyini prezidentin müşavirlərindən Oleksi Arestoviç də təsdiqləyib.

O bildirib ki, döyüşlərin son dərəcə ağır olmasına baxmayaraq Severodonetskin qorunub saxlana biləcəyinə inanır.

Müharibə şəraitində döyüş tərəflərinin məlumatlarının dəqiqliyini yoxlamaq mümkün deyil.