vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
12:44 | 9 iyun 2022 | Cümə axşamı Məqaləyə 665 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rusiya hər şeyə gedər”

Bu, iki dünyanın müharibəsidir – demokratik və totalitar

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bu, Rusiya Federasiyasının Ukraynada Qərbə qarşı başlatdığı və törətdiyi III Dünya Müharibəsidir”. Bunu Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O, bildirib ki, Zelenski bu gün beynəlxalq aləmdə ona lazım olan dəstəyi alır:

“Mən bu faciəni Üçüncü Dünya Müharibəsi adlandırmağı təklif edirəm, çünki digər ölkələrin dolayısı ilə bu münaqişəyə cəlb olunması nəticəsində müharibənin miqyası Ukraynanın hüdudlarını aşdı.

Bu, iki dünyanın müharibəsidir: demokratik və totalitar

Qərbin müharibədən öncə Ukraynaya vəd etdiyi dəstək geciksə də bu, heç nəyi dəyişməyəcək. Düşünürəm ki, Zelenski bu gün beynəlxalq aləmdə ona lazım olan dəstəyi alır. Birləşmiş Ştatlar və müttəfiqləri Ukraynaya müharibəni davam etdirib, məqsədinə nail olmaq üçün kifayət qədər silah verir.

Yayda biz işğalçıları Ukraynadan çıxaracağıq. Bu gün Ukraynada Qərb demokratiyasının taleyi həll olunur və bu, artıq sivil dünyada başa düşülməyə başlanılıb.

Rusiyanın Ukraynada xeyli canlı qüvvə itirməsi heç kəsə sirr deyil. Bu mənada Kremlin KTMT sülhməramlılarını Ukraynada yerləşdirmək məsələsi beynəlxalq hüquq nöqteyi-nəzərdən nə qədər real görünməsə də, 100 gündən artıqdır ki, davam edən müharibə də göstərdi ki, Rusiya istənilən hər şeyə gedə, istənilən axmaqlığa əl ata bilər”.