vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
13:05 | 9 iyun 2022 | Cümə axşamı Məqaləyə 699 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ukraynaya namizəd statusu verin”

Rusiyanın törətdiyi hərbi cinayətlərin araşdırılmasına dəstək olmaq tövsiyə olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Parlamentinin deputatları Ukraynaya, Avropa İttifaqının üzvlüyünə namizəd statusu verməyə çağıran qətnamə qəbul ediblər. Avropa Komissiyası və Avropa İttifaqı Şurasına ünvanlanan bu sənəddə deyilir: “Ukrayna xalqı ilə həmrəyliyin aydın siyasi əlaməti kimi Ukraynaya namizəd statusu verin”.

“Deutsche Welle” nəşrinin məlumatına görə, 438 deputat qətnamənin lehinə, 65 deputat əleyhinə səs verib, 94 deputat isə bitərəf qalıb.

Məlumatda deyilir ki, deputatlar həmçinin Avropa hökumətlərini dərhal “Ukraynaya lazımi silahlar verməyə, hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin yenidən qurulmasına maksimum töhfə verməyə hazır olmağa və Ukraynanın bərpası və ona dəymiş ziyanın kompensasiyası üçün, Rusiyaya məxsus dondurulmuş aktiv və vəsaitlərin müsadirə edilməsi üçün hüquqi mexanizm yaratmağa çağırıblar.

Mənbə yazır ki, Avropa Parlamentinin deputatları həmçinin BMT-nin xüsusi tribunalının çağırılması da daxil olmaqla, “Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin” araşdırılmasına dəstək olmağı tövsiyə ediblər.

Qətnamədə həmçinin Moldova ilə Gürcüstanın Avropa Birliyinə qoşulmaq səyləri də qeyd olunur. Amma təqdim olunan sənəddə hələlik onlara namizəd statusunun verilməsi ilə bağlı tövsiyə olmadığı bildirilir. Məlumatda qeyd olunur ki, bu ölkələr Avropa Birliyi üzvlüyünə namizədlik ərizəsini Ukraynadan sonra veriblər.

Mənbə yazır ki, Ukrayna, bu il fevralın 24-də Rusiyanın hücumundan dərhal sonra, üzvlüklə bağlı Aİ-na müraciət edib, mayın 9-da isə ölkə namizəd statusu almaq üçün sonuncu rəsmi anketi təqdim edib.