vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
14:47 | 9 iyun 2022 | Cümə axşamı Məqaləyə 735 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml üçün arzuolunmaz yekun

Rusiya Ukrayna müharibəsindən “sağ” çıxmayacaq

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı ölkələrin və xalqların mövqeləri haqqında üç məqamı aydın başa düşmək lazımdır”. Bunu Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Ukrayna kimi bütün tərəfdaş ölkələrin də öz maraqları var: “Bu gün Ukrayna bütün postsovet respublikalarından və dünyanın böyük əksər ölkələrindən qat-qat subyektivdir. Subyektivliyin meyarları göz qabağındadır – cəmiyyətin və dövlətin siyasi iradəsi, ictimai hərbi təcrübəsi, maliyyə və hərbi (silah təchizatı) dəstək verməyə hazır olan tərəfdaş ölkələrin olması, üstəgəl coğrafi və demoqrafik faktorlar. Deməli, Ukrayna özünə yetər.

Bütün tərəfdaş ölkələrin öz maraqları var və onları ifadə etmək və hətta təbliğ etməyə çalışmaq hüquqları... Eynən Ukraynanın haqqı kimi - tərəfdaşların təklifləri uyğun gəlməsə yox demək haqqı var. Bu barədə birbaşa və açıq danışmaq lazımdır, heç kimi mühakimə etmədən.

Bu gün yeni dünya düzəninin təməli qoyulur. Ona görə də təcavüzkar bir dövlətin tam parçalanmasına qədər Rusiya qoşunlarından çəkinmədən birmənalı şəkildə Ukraynaya dəstək vermək istənilən dövlət üçün faydalıdır, ən azından bunda cəhd edilməlidir. Bu addım gec ya tez öz nəticəsini verə bilər, çox faydalı nəticələrlə yekunlaşa bilər. Amma bunu hər kəs bilməlidir ki, digər ölkələrin necə davranmalarından, hansı qərar vermələrindən asılı olmayaraq, Ukrayna yenə qalib gələcək”. (Milli.az)