vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
17:47 | 9 iyun 2022 | Cümə axşamı Məqaləyə 663 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Görünməmiş aclıq və yoxsulluq dalğası”

BMT rəhbəri: “Ukraynadakı müharibənin fəsadları 1,6 milyard insana təsir edə bilər”

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin baş katibi Antonio Quterreş çərşənbə günü Rusiyanın Ukraynaya təcavüzünün qlobal nəticələrinin pisləşdiyini və bunun 1,6 milyard insana təsir edə biləcəyini deyib.

“Müharibənin ərzaq təhlükəsizliyi, enerji və maliyyəyə təsiri sistemlidir, ciddidir və sürətlənir”, – deyə Baş katib BMT-nin Ukraynadakı müharibənin nəticələrinə dair ikinci hesabatını təqdim edərkən bildirib.

O əlavə edib ki, “dünyadakı insanlar üçün müharibə görünməmiş aclıq və yoxsulluq dalğası ilə təhdid edir və onun ardınca sosial və iqtisadi xaos yaradır”.

Quterreş deyib ki, builki ərzaq böhranı əsas ərzaq məhsullarına “çıxışın olmaması”, gələn il isə “ərzaq çatışmazlığı ilə bağlı ola bilər”.

“Bu yaxınlaşan tufanı dayandırmağın yalnız bir yolu var: Rusiyanın Ukraynaya təcavüzü dayandırılmalıdır” - deyə, BMT-nin baş katibi vurğulayıb.

Qurumun rəhbəri bildirib ki, o, həmkarlarından “Ukrayna istehsalı olan ərzaq məhsullarının Qara dəniz vasitəsilə təhlükəsiz və etibarlı şəkildə ixracına və Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına maneəsiz çıxışına imkan verəcək paket sazişi” tapmağa kömək etməyi xahiş edib.

“Bu razılaşma inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Saharadan cənuba doğru-altı Afrika ölkələrində yüz milyonlarla insan üçün zəruridir”, – deyə Quterreş qeyd edib.

Diplomat Rebeka Qrinspanın BMT-nin hesabatında deyilir ki, təxminən 1,6 milyard insanın yaşadığı 94 ölkə “böhranın ən azı bir aspektinə ciddi şəkildə məruz qalıb və bununla mübarizə apara bilmir”.

“Həmin 1,6 milyard insanın 1,2 milyardı və ya dörddə üçü “mükəmməl fırtınanın” baş verə biləcəyi və eyni zamanda hər üç aspektə - maliyyə, qida və enerjiyə qarşı ciddi həssas olan ölkələrdə yaşayır”, - deyə hesabatda deyilir.

Hesabatda həmçinin qeyd olunur ki, müharibə 2022-ci ildə ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayını 47 milyon nəfər artıra və ilin sonuna qədər bu rəqəmi 323 milyona çatdıra bilər. Ekspertlərin hesablamalarına görə, bu il daha 58 milyon afrikalı yoxsulluq həddindən aşağı düşə bilər.

Hesabata görə, Yaxın Şərq və Şimali Afrikada həddindən artıq yoxsulluq içində yaşayan insanların sayı 2022-ci ildə 2,8 milyon arta bilər, Cənubi Asiyada isə 500 milyon insan risk altındadır.

“Əhalinin ən həssas təbəqələrinə həyati əhəmiyyətli ərzaq və enerji təchizatının çatdırılmasını təmin etmək üçün konkret səylər göstərilməlidir”, – hesabatda deyilir.