vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
17:21 | 11 iyun 2022 | Şənbə Məqaləyə 515 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Avropa sizinlədir”

Avropa Komissiyasının prezidenti yenidən Ukraynada

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen yenidən Kiyevə gedib. Komissiya prezidenti bu barədə iyunun 11-də özünün “Twitter” hesabında məlumat paylaşıb. O, məlumatın sonunda ukraynaca “Avropa sizinlədir” yazıb.

Məlumata görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna prezidenti Vladimir Zelenski ilə ölkənin bərpası və onun Avropa İttifaqına daxil olması perspektivlərini müzakirə edəcək.

İyunun 17-də komissiya Aİ üzvlərinə Ukraynaya bloka üzv olmaq üçün namizəd statusu verməyi tövsiyə edəcəyi gözlənilir. Bu barədə “Bloomberg” məlumat yayıb. Məlumatda qeyd olunur ki, bir şərtlə ki, ölkədə qanunun aliliyinə hörmətlə yanaşılması və korrupsiyaya qarşı fəal mübarizə aparılsın.

Bundan əvvəl Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib.

Qərar 27 üzv dövlətin hamısı tərəfindən dəstəklənməlidir. Cavab müsbət olarsa, Ukrayna Aİ-nin bütün qaydalarına və standartlarına riayət etmək üçün bir sıra islahatlar aparmalı olacaq. Bu proses on ildən çox çəkə bilər.