vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
15:25 | 12 iyun 2022 | Bazar Məqaləyə 732 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Berdyanskda bir gündə üç partlayış

Rusiyanın işğalında olan şəhərin bir hissəsi işıqsız qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın Zaporojye vilayətinin cənubunda, Rusiya ordusunun nəzarətində olan Berdyansk şəhərində bazar günü səhər saatlarında bir neçə partlayış baş verib. Bu barədə hadisə şahidləri və bir sıra teleqram kanalları məlumat yayıb. Verilən məlumatlara görə, ən azı 3 partlayış baş verib.

Zaporojye vilayətinin Rusiya tərəfindən təyin olunmuş qondarma administrasiyasının üzvü Vladimir Roqov şəhərdə terror aktının baş verdiyini bildirib. Amma bundan fərqli olaraq şəhər administrasiyasının “Telegram” kanalında partlayışların Berdyanskın transformator yarımstansiyasındakı qısaqapanma ilə bağlı olduğu qeyd olunub.

Nəticədə “transformatorlardan biri alışıb və sıradan çıxıb” və şəhərin bir hissəsi işıqsız qalıb. Məlumatı Rusiyanın TASS xəbər agentliyi yayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Berdyansk fevralın sonunda Rusiyanın nəzarətinə keçib.

İyunun 12-də qeyd olunan Rusiya Günü ilə bağlı şəhərdə təbriklər yazılmış reklam lövhələri asılıb.

Döyüşlər zamanı ciddi zədələnən Mariupolun baş meydanında Rusiya bayrağının asıldığı da bildirilir. Bundan əvvəl Zaporojye vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsinin bir sıra şəhərlərində partlayışlar barədə məlumat verilib. Enerqodardakı partlayışda yerli işğal administrasiyasının rəhbəri yaralanıb. Melitopolda da partlayışlar qeydə alınıb. Berdyanskdakı və Rusiyanın işğalı altında olan partlayışlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.