vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
20:26 | 12 iyun 2022 | Bazar Məqaləyə 632 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Donbas dayanır”

Ukrayna lideri qoşunlarının gözləntilərin əksini sübut etdiyini deyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski müharibənin nə qədər davam edəcəyini heç kimin bilmədiyini, amma Ukrayna qüvvələrinin ölkənin qərbində Rusiya qoşunlarının hücumlarına qarşı gözləntilərə rəğmən uğurlu müqavimət göstərə bildiyini deyir.

Ənənəvi axşam çıxışında Zelenski Donbas ərazisində Rusiyanın irəliləməsinə imkan verməyən Ukrayna müdafiəçiləri ilə qürur duyduğunu bildirib. Həmin ərazinin xeyli hissəsi səkkiz ildir ki, Rusiyanın dəstəklədiyini separatçıların nəzarəti altındadır.

“Mayın əvvəli Rusiyada Donbası tam ələ keçirməyə ümid etdiklərini xatırlayırsınızmı? Bu gün artıq müharibənin 108-ci günüdür və iyun ayıdır. Donbas dayanır”, – deyə Ukrayna prezidenti bildirib.

Müharibənin ilkin mərhələsində Kiyevi ələ keçirməyə müvəffəq olmayan Moskva diqqətini əhalinin əksəriyyəti rusca danışan Donbas ərazisinin Ukraynanın hələ də nəzarəti altında olan hissəsinə yönəltdi. Amma sürətli işğal əvəzində Rusiya qoşunları uzun və yorucu döyüşlərə cəlb olundular. Ukrayna qoşunlarının bu uğurunda Qərbin təmin etdiyi silahların payı az deyil.

Həm Ukrayna, həm də Rusiya rəhbərliyi müharibədən öncə 100 min əhalisi olan Severodonetsk şəhərinə nəzarət uğrunda mübarizə getdiyi bildirir. Bu şəhər Lisiçansk şəhəri ilə qonşuluqda yerləşir və hər ikisi Rusiyanın dəstəklədiyi üsyançıların Donbasda nəzarət etmədikləri ərazisinin ən böyük şəhərləridir.