vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
09:11 | 12 mart 2014 | Çərşənbə Məqaləyə 1625 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə küçələri qarışdı

«Gəzi Parkı» olaylarında aldığı yaralardan vəfat edən 14 yaşlı Berkin Elvanın ölümü ölkəni yenidən çalxalayır

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 11-də Türkiyənin bir neçə iri şəhərlərində etiraz aksiyaları keçirilib. Bu dəfə vətəndaşlar ötən ilin sentyabrında İstanbulda baş verən «Gəzi Parkı» olaylarında aldığı yaralar səbəbindən vəfat edən 14 yaşlı Berkin Elvanın ölümü ilə bağlı küçələrə çıxıb.

Yada salaq ki, İstanbulda çörək almaq üçün evdən çıxan gənci «Gəzi Parkı» mitinqlərini dağıdan polislər döymüşdü. Başından aldığı zərbələrə görə Berkin 269 gün komada qalıb.

Xəstəxanaya «Gəzi Parkı» olaylarında öldürülən 7 gəncin ailələri də axışıb. Kütləvi axına görə polis xəstəxananı mühasirəyə alıb. Bundan sonra vətəndaşlar meyitin ekspertizadan keçəcəyi Ədliyyə Tibb Qurumuna üz tutub.

Berkinin xatirəsinə böyük şəhərlərdə keçirilən «çörəkli akisiya»lar hökuməti də dilləndirib. Prezident Abdullah Gül Twitter hesabından acı xəbərə üzüldüyünü yazıb. Prezidentin ardınca bir çox dövlət və hökumət rəsmilərin B.Elvanın ölümünə təəssüfləndiklərini yazıb.

Bir sıra şəhərlərdə polis aksiyaları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Martın 12-də Berkin Elvanın xatirəsinə bir sıra həmkarlar təşkilatları ölkə üzrə işçilərin mitinqini təşkil edəcək.

Devrimci İşçi Sendikası Konfederasiyasının Türkiyə vətəndaşlarına ünvanladığı müraciətdə hər kəs özünün və övladlarının gələcəyi üçün aksiyada iştiraka dəvət edib.

AKP təmsilçiləri isə iqtidara yönələn təpkiləri müxalifətə ünvanlayıb. Hakim partiyadan olan millət vəkilləri vətəndaşları aksiyalara təhrik edən müxalifəti suçlu elan edib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan isə martın 11-də Bingöldə keçirdiyi təbliğat mitinqində deyib ki, müxalifət partiyaları liderləri Fətullah Gülənlə işbirliyi quraraq Türkiyədə hakimiyyəti dəyişməyə çalışırlar: «Bunlar üç qafadır. Bitlisdə görüşərək qərar qəbul ediblər. CHP MHP BBP DSP DP təmsilçiləri «birləşək» deyiblər. Dünənə qədər Pensilvaniya haqqında ən ağır ifadələri işlədən MHP indi Pensilvaniyanın yedəyi olub. Milli təhlükəsizliyimizə, dövlətimizə təcavüz edilir CHP və MHP «üç meymun» tamaşası göstərir».