“Türkiyə ittifaqı” alınmadı…
Türk seçici mağdur siyasətçiləri sevir
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Türkiyə Yüksək Seçim Kurulunun (YSK) İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğvi və 23 iyunda yenidən seçkinin keçirilməsi barədə qərarı o deməkdir ki, Türkiyə həmin tarixə qədər yenidən kəskin siyasi mübarizə dövrünə qədəm qoyacaq. Halbuki, Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan özü demişdi ki, seçki arxada qaldı, növbəti 4 il yarımda ölkədə seçki olmayacaq, problemlərin həlli ilə məşğul olmaq lazımdır və bu mənada “Türkiyə ittifaqına” ehtiyac var. “Türkiyə ittifaqı” ən azı bir ay təxirə salınır...
Hakim Ədalət və İnkişaf Partiyasının əsas iradı budur ki, əgər məntəqələrin yalnız bir hissəsində yenidən sayım əsasında qələbə çalan CHP namizədi Əkrəm İmamoğlunun səsləri 26 mindən 12 min nəfərə qədər düşdüsə, demək bütün məntəqələr yenidən hesablansaydı, nəticə hakim partiyanın namizədi Binəli İldırımın hesabına dəyişərdi. Məntiq var. Sadəcə sual olunur: Hər məntəqədə müşahidə aparan AKP nümayəndələri bu saxtakarlıqlara niyə göz yumub yekun protokollara imza atıblar? YSK-nın yeni qərarı Türkiyədə gələcək seçkilərdə istənilən nəticənin şübhə altına alınmasına şərait yaradacaq. Tam şəffav seçkilər keçirmək çətin olacaq. İstanbulda yenidən seçki keçirmək növbəti seçkilərdə mənfi presedent yaradacaq.
İkincisi, hakim partiya YSK-da da Gülən izi tapıb. İstanbul prokurorluğu YSK-da çalışan 43 nəfərin Gülən şəbəkəsi ilə bağlılığına dair cinayət işi açıb. Bununla hakim partiyanın iddiasından vahim mənzərə ortaya çıxır: Gülən şəbəkəsi Türkiyədə seçkinin nəticələrinə də təsir edəcək gücdə imiş. Görünür, YSK sədri fərqli qərar versəydi Gülən şəbəkəsinin təsiri altında olmaq şübhəsindən də çəkinə bilərdi.
Beləliklə, 23 iyuna qədər Türkiyə yenidən mübarizə meydanına çevrilir. Əsas suallardan biri budur: AKP və CHP yenədəmi eyni namizədləri irəli sürəcəklər? CHP təkrar seçkiyə razılaşsa namizədi yenə Əkrəm İmamoğlu olacaq. AKP-nin namizədinin yenə Binəli İldırım olacağı haqqında fikir söyləmək çətindir. Əslində keçən dəfə də Əkrəm İmamoğlu Binəli İldırımla yox Rəcəb Tayyib Ərdoğanla yarışdı. Bu dəfə də belə olarsa bu o demək olacaq ki, Ərdoğan namizədlərinə güvənmir və hesab edir ki, özü meydanlarda olmasa partiyası seçkidən qələbə qazana bilməyəcək. Əslində bu həqiqətən belədir. AKP yalnız Ərdoğanın xarizması üzərində reytinqini qorumağa çalışır.
Türkiyə mağdur siyasətçiləri sevir. Vaxtilə Rəcəb Təyyub Ərdoğanın elə İstanbul bələdiyyə başçısı qismində mağdur duruma düşməsi və bir neçə sətrlik şeirə görə 6 ay həbsdə yatması onun ulduzunun parlamasına və Prezidentlik məqamına qədər məsafə qət etməsinə yol açdı. İndi mağdur duruma Əkrəm İmamoğlu düşüb. Bəlkə də AKP özü də fərqinə varmadan Əkrəm İmamoğlunun bir siyasətçi olaraq güclənməsinə yol açır. (“Atlas” Araşdırmalar Mərkəzi(