vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:19 | 13 iyun 2022 | Bazar ertəsi Məqaləyə 648 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər metr uğrunda döyüş

Podolyak Ukraynaya lazım olan silah siyahısını açıqlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna ilə Rusiya qüvvələri arasında Severodonetsk şəhərinin “hər metr”i uğrunda döyüşürlər gedir. O eyni zamanda beynəlxalq tərəfdaşlara Ukraynanın müasir raketdən müdafiə sistemlərinə ehtiyacı olduğunu təkrarlayıb.

Ötən gecə yayımladığı video-müraciətində Zelenski Rusiyanın “əsas taktiki məqsədinin” dəyişmədiyini, rus qoşunlarının Lisiçansk, Baxmut, Slovyansk, Severodonetskdən qərb və cənub-qərbə doğru irəlilədiyini bildirib.

Zelenskinin müşaviri Mixaylo Podolyak bazar ertəsi “Twitter” hesabında yazıb ki, “müharibəyə son qoymaq üçün bizə ağır silah partiyası lazımdır”. O, 1000 haubitsa, 300 reaktiv yaylım atəş sistemi, 500 tank, 2000 zirehli texnika və 1000 dron da daxil olmaqla, bir neçə silah kateqoriyasını sadalayıb.

“İyunun 15-də Brüsseldə müdafiə nazirlərinin təmas qrupunun iclası keçiriləcək”, – deyən Podolyak bildirib ki, “biz qərar gözləyirik”.

Müdafiə nazirlərinin təmas qrupunun iclasını NATO-nun mənzil-qərargahında ABŞ müdafiə naziri Lloyd Ostin keçirəcək. Qrupun ötən ay keçirilən virtual toplantısına 47 ölkədən, NATO və Avropa İttifaqından nümayəndələr qatılıb.

Ostin may danışıqlarından sonra demişdi ki, qrup səylərini gücləndirir və Ukraynanın döyüş əməliyyatlarını davam etdirə və gücləndirə bilməsi üçün Ukrayna ilə koordinasiyanı dərinləşdirməyə çalışır.

Digər tərəfdən Britaniyanın Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, son günlər Severodonetsk ətrafında döyüşlər “hiddətlə davam edir”.

Nazirlik Rusiyanın çaydan keçmə əməliyyatlarını həyata keçirmə qabiliyyətinin, ehtimal ki, qarşıdakı aylarda müharibədə ən mühüm amillərdən biri olacağını xəbər verib.

“Donbas hücumunun hazırkı əməliyyat mərhələsində uğur qazanmaq üçün Rusiya ya iddialı cinah hərəkətlərini tamamlamalı, ya da çay keçidləri hücum əməliyyatları keçirməli olacaq” deyə nazirlik bildirir.

Rusiya qüvvələri bazar günü Severodonetskdə yüzlərlə əsgər və mülki vətəndaşın sığındığı kimyəvi zavodu bombalayıb. Luqansk vilayətinin qubernatoru zavodun hələ ki, Ukraynanın nəzarətində qaldığını bildirib.

Rusiya artıq Luqansk vilayətinin 97 faizinə nəzarət etdiyini iddia edir. Lakin müharibədən əvvəl 100 min əhalisi olan sənaye şəhəri Severodonetskin ələ keçirilməsi Moskvanın Luqansk və Donetsk əyalətlərini əhatə edən Donbas bölgəsinə nəzarət etmək kimi daha geniş məqsədi üçün həlledici olaraq qalır.