100 gündə 98 milyard
Rusiya müharibə başlayandan bəri enerjidən qazandığı pulun 60 faizi Avropadan gəlib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Rusiya Ukraynaya müdaxiləsinin ilk 100 günü ərzində qazıntı yanacağının ixracından 98 milyard dollar qazanıb. Bura neft, qaz, kömür və maye qazdan gələn gəlirlər daxildir.
Rusiya enerji daşıyıcılarının əsas müştərisi Avropa İttifaqı ölkələri olaraq qalır.
Bu barədə enerji və təmiz havanı tədqiq edən CREA (Center for Research on Energy and Clean Air) təşkilatının hesabatında deyilir.
Rusiya Avropa İttifaqı ölkələrinə enerji daşıyacıları ixracatından 60 milyard dollar əldə edib. Rusiyanın əsas müştəriləri – Almaniya (12 milyard dollar) və İtaliyadır (7 milyard dollardan artıq).
Aİ-dən kənarda Rusiya neft və qazının ən böyük alıcısı Çindir. Rusiya bu ölkədən 100 gün ərzində 12, 6 milyard dollar qazanıb.
CREA-nın hesabatında deyilir ki, Rusiyadan enerji daşıyıcılarının ixracı müharibədən əvvəlki dövrlə müqayisədə may ayında 15 faiz azalıb, lakin enerji daşıyıcılarına tələbatın artması Rusiyaya “qəfil qazanc” gətirib.
Beləki Rusiya enerji daşıyıcılarının qiyməti ötən illə müqayisədə 60 faiz artıb. Bundan başqa Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Fransa Rusiyadan qazıntı yanacağı idxalını artırıblar.
İyunun 3-də Avropa İttifaqı Şurası Rusiyanın Ukraynaya təcavüzünə görə Moskvanın üzərinə sanksiyaların 6-cı paketini təsdiq edib.
Bu paketə əsasən qarşıdan gələn 6 ay ərzində Rusiya neftindən, 8 ay ərzində isə neft məhsullarından imtina etmək qərara alınıb.
Rusiya neftinin embarqosundan yalnız boru kəmərlərlə idxal olunan neft istisna olunub.
Bu addım Macarıstan, Slovakiya və Çexiyaya görə atılıb. Bu ölkələr Rusiya neftinin idxalından son dərəcə asılıdır.
Rusiya neftinə habelə ABŞ və Britaniya embarqo qoyublar.
Finlandiyada yerləşən müstəqil CREA təşkilatı hesabatı iyunun 13-də açıqlayıb.
Bu arada Kiyev Avropa İttifaqını Rusiya ilə bütün ticari əlaqələrin kəsilməsinə çağırır.