vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
14:47 | 15 iyun 2022 | Çərşənbə Məqaləyə 570 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ayıq başla deməliyik...”

Makron: “Ukrayna Rusiyayla danışıq aparmalı olacaq”

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynadakı müharibəsini dayandırmaq üçün “hər şeyi etməyi” vəd edir. Makronun daha öncə Moskvayla bağlı mövqeyi Kiyevi, Avropa müttəfiqlərini narahat etmişdi.

Makron iyunun 14-də axşam NATO-nun cənub qanadına və Moldovaya üçgünlük səfəri çərçivəsində Rumıniyaya gedib. Onun son zamanlar Ukraynanı daha az dəstəkləyən kimi görünməsi Kiyevin, şərqi Avropa müttəfiqlərinin tənqidinə səbəb olmuşdu.

***

“Rusiyanın hərbi qüvvələrinin dayandırılması, ukraynalılara və ordusuna kömək, danışıqların davam etməsi üçün hər şeyi edəcəyik”, – Makron Rumıniyanın Konstanta Qara dəniz limanı yaxınlığındakı Kogalnikeanuda NATO hərbi bazasında deyib.

Makron iyunun 15-də axşam Moldovanın paytaxtı Kişinyova gedərək ölkənin qərbpərəst prezidenti Maya Sandu ilə məsləhətləşmələr aparacaq. Təsdiqlənməmiş media məlumatlarına görə, o daha sonra iyunun 16-da Kiyevə yollanacaq. Həmin səfərdə Almaniya Kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Mario Draqi, Rumıniya Prezidenti Klaus Yohannisin də olacağı deyilir.

“Ukraynanı dəstəkləməliyik”, – Makron iyunun 15-də Yohannislə birgə mətbuat konfransında deyib.

“Fransa ilk gündən Rusiyanın təcavüzkar olduğunu aydın şəkildə deyib”, – Makron bildirib. O əvvəl dəfələrlə deyib ki, münaqişənin sona çatmasını hədəfləyən diplomatik səylərdə Rusiyanı alçaltmaq olmaz.

***

“Ancaq ayıq başla deməliyik: biz Rusiya ilə müharibə aparmırıq”, – işğal başlayandan Kremllə kommunikasiya kanallarını açıq saxlayan Makron deyib.

“Ukrayna prezidenti və onun rəsmiləri Rusiya ilə danışıq aparmalı olacaqlar”, – o vurğulayıb.

Fransa NATO-nun Rumıniyadakı 800 hərbçidən ibarət döyüş qrupuna liderlik edir, onlardan 500-ü fransalı əsgərlərdir, bu ölkədə yer-hava tipli raket sistemi də yerləşdirib.

Bu günlərdə Avropa Komissiyası Ukraynanın Aİ-yə namizəd statusuyla bağlı tövsiyəsini açıqlamalıdır.

Aİ-nin bir neçə üzvü, o cümlədən Fransa Ukraynanın 27 üzvdən ibarət bloka namizədliyinə skeptik yanaşır.