vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
18:22 | 15 iyun 2022 | Çərşənbə Məqaləyə 670 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Biz sizinləyik, bizimlə olun”

Zelenski Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinə çağırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməyə çağırıb. O, Rusiyanın ölkəsinə əsassız hərbi müdaxiləsi səbəbi ilə yeddinci sanksiyalar paketinin tətbiq edilməsini istəyib.

27 ölkədən ibarət Aİ keçən ayın sonunda Rusiya neftinin müəyyən hissəsinin idxalının qarşısını alan altıncı sanksiyalar paketi barədə razılığa gəlib. Lakin bu sanksiyalar paketində Macarıstanın boru kəməri ilə aldığı neft istisna edilib.

İyunun 15-də parlamentin hər iki palatasına videobağlantı vasitəsi ilə müraciət edən Zelenski bu günə qədər Ukraynaya göstərdiyi köməyə görə Çexiyaya təşəkkür edib. Lakin o eyni zamanda Qərbi, Ukraynaya dəstəyi dayandırmamağa çağırıb.

Zelenski onu alqışlayan çex deputatlara deyib ki, “Biz sizinləyik. Bizimlə olun”.

Zelenski, həmçinin Aİ-ni Ukraynaya namizəd statusu verməyə çağırıb. Bu da bloka üzv olmaq üçün illərlə davam edən yolda ilk addımdır.

Prezident Zelenski Rusiyanın ərazi ambisiyaları barədə də xəbərdarlıq edib. O, prezident Vladimir Putinin təkcə Ukraynanın işğalı ilə kifayətlənməyəcəyini bildirib.

“Rusiyanın maraqları təkcə bizim Mariupol, Severodonetsk, Xarkov və Kiyevlə bitmir. Xeyr, onun ambisiyalarında Varşavadan Sofiyaya qədər geniş əraziyə yayılmağı var” deyən prezident əlavə edib ki, keçmişdə olduğu kimi, Rusiyanın Ukraynaya təcavüzü Rusiya rəhbərliyinin başqa ölkələrə, başqa xalqların fəthinə yol açmaq üçün lazım olan ilk addımdır. Hər şeyi ələ keçirmək istəyən insan heç vaxt istədiklərinin yalnız bir hissəsini almaqla kifayyətlənməyəcək”.

Çexiya iyulun 1-dən etibarən Aİ-yə sədrlik edəcək.