vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
17:14 | 15 iyun 2022 | Çərşənbə Məqaləyə 531 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna üçün təhlükəli plan

Rusiya ilə Qərb sövdələşməyə gedərək oyun qurur

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dahi ingilis fiziki İsaak Nyutonun üçüncü qanununa əsasən, bir cismə digəri təsir edirsə, bu zaman qarşılıqlı reaksiya yaranır. Qısası, təsir-əks təsirə bərabərdir.

Nyutonun bu izahını Rusiya-Ukrayna müharibəsi kontekstində davam edən iqtisadi-siyasi gərginliklərin nəticələrində görürük.

Fizika qanunları ilə Qərbin Moskvaya qarşı birləşmiş səylərini vahid cism, Rusiyanı isə tək bir cism kimi təsvir edək.

Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Qərbin Moskvaya qarşı apardığı total hibrid müharibə, tətbiq etdiyi sanksiyalar bumeranq effekti verərək Qərbin özünə qarşı çevrilir.

Bəli, artıq müharibənin ilk günlərindəki kimi “Rusiya çökür”, “Bir aya Rusiya qalmayacaq”, “Rusiya batdı” kimi fikir və tezislərin indi dövriyyədən sovrulduğunu müşahidə edirik.

Əlbəttə ki, bu sanksiyaların ağırlığı Rusiyaya ciddi mənfi təsir edir, amma müharibə uzandıqca, bundan Qərb də itirir.

ABŞ-da və Avropada inflyasiyanın artması elə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yan təsirlər yaratmasının nəticəsidir, buna görə də, indi Qərb hökumətləri əhalini ayağa qaldırmamaq üçün Ukraynada silah səslərinin susmasını tələb edən çağırışlar edirlər.

Rusiya Ukraynanın işğalına girişəndə, bunun yaradacağı qlobal iqtisadi gərginliyin dünyanın qalan hissəsində hansı sarsıntılar yaşadacağı dəqiq hesablanmayıb.

Qərb ancaq Rusiya iqtisadiyyatının dirəklərinə atəş açmaqla öz istədiyinə çatacağını düşünürdü, hərçənd ki, atdığı güllələr rikoşet verərək özünə də dəyir.

İndi Qərb Ukraynadakı geosiyasi nəticələri arxa plana atmış kimi görünür və tektonik iqtisadi qeyri-sabitlik dalğasının hündürlüyünü azaltmaq üçün çalışır. Bura taxıl böhranı ilə bağlı yaranan acınacaqlı humanitar mənzərəni də əlavə etsək, vəziyyətin nə qədər ciddi olduğunu deyə bilərik.

Yəqin bu və ya siyasi səbəblərndəndir ki, Qərb Ukrayna hökumətini Rusiya ilə güzəştli danışmağa doğru itələyir, lakin Kiyev hökuməti cəbhədə dirəniş göstərməyə üstünlük verir. 

Son bir ayda Qərb liderlərinin, ABŞ Prezidenti Co Baydenin, Fransa lideri Emmanuel Makronun dilindən çıxan kəlmələrin mahiyyəti Ukraynanı təslimçi akta imza atmağa çağırış kimi qiymətləndirilə bilər. 

Ukraynadakı müharibə Qərbi də yorur, çünki silah daşınmasını və Kiyevə iqtisadi yardım paketinin də bir limiti var, bu hədlərin aşılması isə qlobal iqtisadi böhranın başlanması ərəfəsində öz resurslarını israf etməkdir.

Əvvəllər Qərb liderləri Kiyevə Ukraynaya ürək-dirək vermək, pafoslu pozlar vermək üçün gəlirdisə, indi bu məntiq öz yerini Vladimir Zelenskini “sən Moskvanın istədiyini ver” tezisi ilə əvəzləyib.

Bu fikri gücləndirmək üçün Qərb liderlərinin bəyanatlarının ardıcıllığını və sitatları sadalasaq, yorucu olar, internet resurslarında axtarış etməklə həmin açıqlamalara diqqətlə baxmaq kifayətdir.

Rusiya isə Ukraynanın cənub oxunda işğal bucağını möhkəmləndirib, Donetsk və Luqanskda da məhdud da olsa, irəliləyişlər əldə edir.

Rusiyanı nə Qərbin Ukrayna verdiyi silahlar, nə iqtisadi embarqolar dayandırır. Bu isə Qərbi Moskva ilə gizli təmaslarla sövdələşmə stolu arxasına keçməyə məcbur edir.

Təəssüflər olsun ki, cari vəziyyət Ukrayna üçün bəlalı hərbi-siyasi nəticələrin təşkil edilməsi üçün Rusiya-Qərb danışıqlarını akuallaşdırır.

Bəs plan nə ola bilər? Təbii ki, Ukraynanın nüfuz dairələrinə bölünməsi...