vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
16:19 | 15 iyun 2022 | Çərşənbə Məqaləyə 510 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanı durdurmaq üçün lazımi güc

Stoltenberq Ukraynanın Qərbin ağır silahlarına daha çox ehtiyacı olduğu ilə razıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO-nun baş katibi Yens Stoltenberq iyunun 14-də bildirib ki, Qərb ölkələri Ukraynanın şərqində irəliləyən Rusiya qüvvələri ilə döyüşdüyü üçün ona daha ağır silahlar göndərməlidir. “Bəli, Ukrayna daha çox ağır silahlara malik olmalıdır”, – deyə Stoltenberq iyunun sonunda keçiriləcək sammit öncəsi 7 avropalı NATO müttəfiqinin liderləri ilə görüşdən sonra Haaqada mətbuat konfransında deyib.

Stoltenberq bildirib ki, NATO artıq tədarükləri “gücləndirir” və rəsmilər iyunun 15-də Brüsseldə növbəti dəstəyi, o cümlədən ağır silahları əlaqələndirmək üçün görüşəcəklər.

Ukraynanın ağır silah tələbləri son həftələrdə daha da artıb, çünki onun qüvvələri Ukraynanın şərqində Rusiyanın irəliləyişlərinə mane olmaq üçün lazımi gücə malik deyil.

Ukrayna prezidenti Vladimir Zelenski iyunun 14-də daha çox uzaqmənzilli silahlar üçün çağırış edib.

Stoltenberq Kiyevin daha ağır silahlarla təmin edilməsi ilə razılaşsa da, o, heç bir təfərrüat verməyib.

Niderlandın baş naziri Mark Rutte və Danimarkanın baş naziri Mette Frederiksen 29-30 iyun tarixlərində Madriddə keçirilməsi planlaşdırılan NATO sammiti öncəsi Stoltenberqi və Polşa, Rumıniya, Latviya, Portuqaliya və Belçika liderlərini qəbul edib.

“Silah baxımından, biz burada həmrəyik ki, Rusiyanın müharibədə uduzması çox vacibdir. NATO qoşunları ilə Rusiya arasında birbaşa qarşıdurma mümkün olmadığı üçün Ukraynanın bu müharibə ilə mübarizə apara bilməsinə, bütün lazımi silahlara çıxışının olmasına əmin olmaq lazımdır”, – deyə Rutte jurnalistlərə açıqlayıb.

Polşanın baş naziri Mateuş Moravietski Qərbin indiyədək atdığı addımların Ukraynaya yetərincə dəstək verməməsindən təəssüflənib.

“Biz Ukraynanı müdafiə etmək, Ukrayna xalqını, onun azadlığını və suverenliyini dəstəkləmək üçün kifayət qədər iş görməmişik”, – deyə o, mətbuat konfransında bildirib.

“Və buna görə də mən sizdən xahiş edirəm ki, Ukraynaya silah və artilleriya çatdırmaq üçün daha çox iş görün. Bu, öz ölkələrini müdafiə etmək üçün lazımdır” - deyə, o əlavə edib.

O, həmçinin bildirib ki, Ukrayna Rusiyaya məğlub olarsa, Qərb ölkələrinin heç bir etibarı olmayacaq.

“Bu, Avropa İttifaqının, dəyərlərimizin və NATO-nun tamamilə uğursuzluğu və fəlakəti ola bilər” - deyə, Moravietski qeyd edib.

Stoltenberq bildirib ki, NATO liderləri Madrid sammitində “duruşumuzun əsaslı şəkildə gücləndirilməsi ilə bağlı razılığa gələcəklər”.

O əlavə edib ki, NATO Rusiyanın Ukraynaya müdaxiləsindən sonra “daha da yüksək hazırlıq” yaratmalı və şərq sərhədi boyunca silah potensialını gücləndirməlidir.

İsveç və Finlandiyanın alyansa qoşulmaq müraciətləri ilə bağlı suala Stoltenberq bildirib ki, o, İsveçin kürd yaraqlılarına verdiyi dəstəkdən qəzəblənən Türkiyənin narazılığını həll etmək üçün “irəliyə doğru birgə yol” axtarır.