vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
08:21 | 16 iyun 2022 | Cümə axşamı Məqaləyə 762 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qanadlı antigəmi raketləri - Harpun

Ukraynaya daha 1 milyard dollar yardım edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Brüsseldə Birləşmiş Ştatların sədrliyi ilə 45 ölkənin, NATO və Avropa İttifaqı üzvləri müdafiə nazirlərinin iştirakilə Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupunun sayca üçüncü iclası başlanıb.

İyunun 15-də görüşün açılışında çıxış edən ABŞ müdafiə naziri Lloyd Ostin qrupa qoşulduqlarına görə Gürcüstan, Moldova və Ekvadora təşəkkürünü bildirib.

“Bizim itiriləcək vaxtımız yoxdur. Biz bura külüng vurmağa gəlmişik. Biz Ukrayna silahlı qüvvələrinin bugünkü döyüşündə ona dəstəyimizi dərinləşdirməliyik. Biz sabahın təhlükələrinə qarşı gücümüzü bu gün artırmalıyıq”.

Ostin Rusiya qoşunlarının Donbası tam ələ keçirməyə çalışdığı bir vaxtda ölkələri Ukraynaya əlavə dəstəklərini səfərbər etməyə çağırıb.

***

Pentaqonun başçısı deyib ki, ABŞ hazırda Ukraynaya uzaqvuran atəş sistemlərinin, zirehli texnikanın, sahil müdafiə sistemlərinin verilməsi üzərində işləyir.

Ostin qeyd edib ki, ABŞ-ın Kiyevə HIMARS reaktiv yaylım atəşli raket sistemlərini göndərməsi ilə Ukrayna qüvvələrinin müdafiə qüdrəti əhəmiyyətli dərəcədə artıb.

ABŞ müdafiə naziri artıq indiyədək Ukraynaya silah-sursat yardımı etmiş ölkələrə minnətdarlığını bildirib.

Ukrayna iclasa hazırda döyüşlərdə olan ordusunun adından mesaj səsləndirib.

Ukrayna prezidenti Vladimir Zelenskinin baş müşaviri Mixail Podolyak deyib ki, hazırda Rusiya qüvvələri Ukrayna qüvvələrini sayca 1-ə 10 nisbətində üstələyir:

“Brüssel, biz sənin qərarını gözləyirik. Mən hər gün müdafiəçilərimizdən mesajlar alıram: Biz möhkəm dayanmışıq, amma bizə deyin: silahları nə vaxt gözləyək?”

***

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar iyunun 14-də demişdi ki, Ukrayna Qərbdən istədiyi silahların hələki 10 faizini alıb:

“Ukrayna nə qədər səy göstərsə də, bizim ordumuz nə qədər peşəkar olsa da, Qərb partnyorlarımızın köməyi olmadan biz bu müharibədə qalib gələ bilmərik”.

Xanım Malyar deyib ki, Ukrayna ordusu günə 5000-6000 artilleriya mərmisi atır, amma Rusiyanın atdığı mərmi sayı bundan 10 dəfə çoxdur.

Stoltenberq iyunun 14-də Madriddə keçirilən NATO sammitində xəbərdarlıq edib ki, Ukraynanın təlimləndirilmiş ordusuna ağır silahların çatdırılması hələ bir müddət çəkə bilər:

“Ukrayna həqiqətən də kritik vəziyyətdədir və buna görə də biz təcili qaydada sürətimizi artırmalıyıq”.

NATO-nun baş katibi əlavə edib ki, indi müttəfiqlər Ukraynaya köhnə sovet silah və texnikasını yox, daha müasir, daha dəqiq, daha uzaqvuran Qərb silahları göndərirlər.

***

Bu arada Birləşmiş Ştatlar Ukraynaya 1 milyard dollar dəyərində əlavə silah-sursat veriləcəyini bəyan edib.

ABŞ prezidenti Co Bayden iyunun 15-də deyib ki, o Zelenski ilə telefon söhbətində ABŞ tərəfindən Kiyevə əlavə olaraq artilleriya qurğuları, sahil müdafiə sistemləri və təkmil raket sistemlərinin veriləcəyini bildirib: “Biz habelə həyatları müharibə tərəfindən alt-üst edilmiş Ukrayna xalqına dəstəyimizə sadiq qalırıq”.

Prezident bildirib ki, ABŞ bu məqsədlə Ukraynaya əlavə olaraq 225 milyon dollar dəyərində humanitar yardım göstərəcək. Bu pula içməli su, dava-dərman, ərzaq və başqa gündəlik tələbat malları alınmalıdır. Ehtiyacı olan ailələrə pul yardımı da göstəriləcək.

Hərbi silah və sursata gəlincə isə bu paketə artıq Ukraynaya göndərilmiş yaylım atəşli zenit raket sistemləri (MLRS), haubitsa topları və onlar üçün sursat, ehtiyat hissələri daxildir.

İkinci paketə isə sahildə qurulan antigəmi raket sistemləri, təhlükəsiz radio avadanlığı, 55 milyon dollarlıq gecə müşahidə sistemləri, habelə Ukrayna hərbçilərinə bunlardan istifadə üçün təlim verilməsi daxildir.

Təlimlər üçün 160 milyon dollar ayrılması nəzərdə tutulub.

“Bloomberg” yazır ki, antigəmi raketləri deyəndə ABŞ-ın Harpun (Harpoon) qanadlı raket sistemi nəzərdə tutulur.