vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
18:53 | 16 iyun 2022 | Cümə axşamı Məqaləyə 694 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Güclü qlobal qınağa layiqdir”

Müharibə başlayandan bəri yeddi növ piyada əleyhinə minadan istifadə edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

“Human Rights Watch” (HRW) bildirir ki, Rusiya beynəlxalq səviyyədə qadağan edilmiş piyadalar əleyhinə minalardan istifadə edərək Ukraynaya qarşı müharibədə mülki əhali arasında itki və iztirablara səbəb olur.

İyunun 16-da dərc olunan hesabatda qurum bildirir ki, həm Rusiya, həm də Ukrayna avtomobil əleyhinə minalardan istifadə etsə də, Rusiya münaqişənin yeganə tərəfidir ki, mülki şəxsləri yaralayan və qida istehsalını pozan qadağan edilmiş piyadalar əleyhinə minalardan istifadə etdiyi sənədləşdirilir.

“Ukraynada minalardan istifadə” başlıqlı hesabatda Rusiya qüvvələrinin Ukraynaya işğalı başlayandan – fevralın 24-dən bəri istifadə etdiyi sənədləşdirilmiş yeddi növ piyadalar əleyhinə mina qeyd edilir.

19 səhifəlik hesabatda deyilir ki, Ukrayna Kiyevin 2005-ci ildə ratifikasiya etdiyi piyadalar əleyhinə minaları qadağan edən beynəlxalq müqaviləni imzalayan ölkə kimi üzərinə götürdüyü öhdəliklərə əməl edir.

“Rusiyanın bu silahları açıq şəkildə qadağan edən bir ölkədə bu minalardan amansızcasına istifadəsi presedentsizdir və güclü qlobal qınağa layiqdir”, – deyə təşkilatdan Stiv Qus bildirib.

“Piyadalar əleyhinə minalardan mülki insanların həyatı və dolanışıq vasitələri üçün qaçılmaz və uzunmüddətli təhlükə səbəbindən heç vaxt istifadə edilməməlidir”, – deyə o bildirib.

Rusiya 1997-ci ildə 164 ölkə tərəfindən ratifikasiya edilmiş Minaların Qadağası Müqaviləsinin iştirakçısı deyil. Müqavilə bu cür silahların istifadəsini qadağan etməklə yanaşı, ehtiyatların məhv edilməsini, minalanmış ərazilərin təmizlənməsini və qurbanlara yardımın göstərilməsini də tələb edir.

Hesabatda deyilir ki, Rusiya hətta Ukraynaya əsassız müdaxiləsindən dövlətə məxsus istehsalçıların yeni istehsal etdiyi bir neçə növ minaları sınaqdan keçirmək üçün istifadə edib. HRW bildirib ki, ilk dəfə 2021-ci ildə istehsal olunan belə bir mina xüsusilə təhlükəlidir.

Hesabat Moskvanı Ukraynada piyadalar əleyhinə minalardan istifadəni dərhal dayandırmağa çağırır. O, həmçinin Ukraynanı öz qüvvələrinin Minaların Qadağası Müqaviləsindən irəli gələn öhdəliklərinə əməl etməyə davam etməsini təmin etməyə çağırır.

“Əksər ölkələrin rədd etdiyi minaların hazırlanması və istehsalı mənəvi cəhətdən pis sərmayədir”, – deyə Qus qeyd edib.