vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
19:56 | 16 iyun 2022 | Cümə axşamı Məqaləyə 528 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

277-si həlak olub, 456-sı yaralanıb

Ukraynalı uşaqların üçdə ikisi evlərini tərk etmək məcburiyyətində qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynalı uşaqların təxminən üçdə ikisi müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Bu barədə UNİCEF-in (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan Ukrayna şəhərlərinə səfərindən sonra məlumat verib.

Fondun regional direktoru qeyd edib ki, söhbət həm məcburi köçkünlərdən, həm də xaricə getməyə məcbur edilənlərdən gedir. Xan vurğulayıb ki, müharibənin yaratdığı qeyri-sabitlik uşaqları gələcəkdən məhrum edir.

“Travma və qorxu uşaqların fiziki və psixi sağlamlığına uzunmüddətli təsir göstərə bilər”, – deyə o qeyd edib.

Xan bildirib ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İdarəsinin məlumatına görə, əsasən şəhər ərazilərinin atəşə tutulması nəticəsində 277 uşaq həlak olub, 456 uşaq yaralanıb. Bundan əlavə, tibb müəssisələrinə ən azı 256 hücum edilib və UNICEF tərəfindən dəstəklənən “təhlükəsiz məktəblərin” təxminən 17 faizi Ukraynanın şərqində xəsarət görüb və ya dağıdılıb.

Fond təsirə məruz qalmış minlərlə məktəbi təmir edəcək ki, uşaqlar sentyabr ayında təhlükəsiz təhsilə qayıda bilsinlər. Xan qeyd edib ki, təkcə Kiyev yaxınlığındakı İrpində müharibə 2000-dən çox uşağın təhsilini təhlükə altında qoyub.

Xan deyib ki, UNİCEF-in dəstəyi ilə 600 mindən çox uşaq və tərbiyəçi psixoloji və psixi sağlamlıq xidməti alıb, 180 mindən çox uşaq müxtəlif təhsil proqramlarında iştirak edib.

Fondun regional direktoru xatırladıb ki, UNICEF uşaqlara harada olurlarsa olsunlar, onlara təhlükəsiz giriş tələb edir və Ukraynada dərhal atəşkəs çağırışlarını davam etdirir.

Bundan əvvəl, Əfşan Xan müharibə zamanı ukraynalı uşaqların ruslar tərəfindən övladlığa götürülməsinə qarşı çıxıb. O bildirib ki, uşaqların hər hansı köçürülməsi yalnız onların mənafeyinə uyğun olaraq, həmçinin valideynlərinin məlumatlandırılaraq könüllü razılığı ilə həyata keçirilməlidir. Bu şərtlərə əməl edilmədən başqa ölkəyə aparılan uşaqlar kimsəsiz sayıla bilməz.

Ukrayna hakimiyyəti Rusiyanı müharibə zamanı Rusiyanın işğalı altında qalan ərazilərin sakinlərini zorla deportasiya etməkdə ittiham edir. Rusiya hakimiyyəti deyir ki, insanlar Rusiyaya könüllü gedirlər.

BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyada ilk dəfə olaraq qaçqınların sayı 100 milyon nəfəri keçib ki, onların da 14 milyondan çoxu ukraynalıdır.