vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
12:52 | 17 iyun 2022 | Cümə Məqaləyə 585 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda dərman çatışmazlığı

Hazırda ölkədə 300 adda preparat tamamilə yoxa çıxıb, adi antibiotik tapılmır

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda dərman çatışmazlığı şiddətlənib. Xammalın idxalı dayandırıldığı üçün bu sənaye sahəsində böhranın daha da dərinləşəcəyi gözlənilir. Dərman istehsalı müəssisələrinin verdiyi məlumata görə, xammal vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələri bağlanıb.

Başqa bölmələrin də fəaliyyətinin tamamilə dayandırılacağı gözlənilir.

Dərman Sənayesi Sahiblərinin Sindikatının yaydığı xəbərdarlıqda durumun belə davam edəcəyi təqdirdə avqust ayından başlayaraq bütün müəssisələrin bağlanacağı və dərman çatışmazlığının pik həddə çatacağı qeyd olunur.

Dərman Sənayesi Sahiblərinin Sindikatının başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.

Talassemiya Xəstələrinə Dəstək Birliyinin başçısı Yunis Ərəb isə mediaya verdiyi açıqlamada son bir neçə ay ərzində dərman çatışmazlığı səbəbindən ən azı 70 talassemiya xəstəsinin öldüyünü bildirib.