Conson Kiyevdə əlavə yardım vəd edib
“Biz sizə lazım olacaq strateji dözümlülüyü vermək üçün sizinləyik”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Britaniyanın baş naziri Boris Conson Kiyevə gözlənilməz səfəri zamanı Ukraynaya daha çox hərbi yardım vəd edib. “Biz sizə lazım olacaq strateji dözümlülüyü vermək üçün sizinləyik”, – Conson iyunun 17-də, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmədən qısa müddət öncə deyib.
Conson ölkəsinin Ukraynanı hansı yardımla təmin edəcəyinin təfərrüatlarını paylaşmayıb.
Kiyev Qərb ölkələrinə daha çox ağır artilleriya, o cümlədən haubitsalar və raketatanlar göndərmələri üçün çağırış edir və Rusiyanın Ukrayna ilə müqayisədə 10-a 1 fərqlə silah üstünlüyünə sahib olduğunu deyir.
Ekspertlərin fikrincə, Rusiya daha böyük silah gücünə malik olduğuna görə Ukrayna Donbasda yavaş-yavaş ərazilərini itirir.
Buna baxmayaraq, Ukrayna qüvvələri şiddətli müqavimət göstərməyə davam edirlər.
Moskva fevralın 24-də hərbi müdaxiləyə başlayandan bəri Kiyevə ikinci dəfə səfər edən Conson deyib ki, Rusiya qüvvələri “ağır itkilər verirlər”.
Consonun səfəri Almaniya, Fransa, İtaliya və Rumıniya liderlərinin dəstək nümayişi olaraq Ukraynaya ziyarətindən bir gün sonraya təsadüf edib.
Almaniya kansleri Olaf Şolts iyunun 17-də Berlində bir müsahibəsində bildirib ki, o, müharibəyə son qoymaq cəhdi olaraq Rusiya Prezidenti Vladimir Putinlə açıq xətt saxlayır, ancaq O, Moskvanın sülh şərtlərini diktə edə bilməyəcəyini deyib.
O deyib ki, o, Putinə “torpaq oğurlaya biləcəyini və vaxt keçdikcə hər şeyin normala çevriləcəyini düşünürsənsə”, – səhv etdiyi söyləyib.