Ukrayna Rusiyanın eskalasiyasına “hazırdır”
İşğalçıların Bryansk regionuna “S-300V4” zenit-raket diviziyası yerləşdirdiyi bildirilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
Prezident Vladimir Zelenski Ukraynanın şərqində Rusiyanın hücumlarının intensivləşəcəyini proqnozlaşdırır. Bu həftə Aİ liderlərinin Kiyevin bloka qoşulmasını sürətləndirməsi yönündə qərarı gözlənir.
İyunun 19-da gecə videoçıxışında Zelenski deyib ki, “aydındır ki, bu həftə Rusiyanın düşmən hərəkətlərinin intensivləşməsini gözləməliyik”.
“Biz hazırlaşırıq. Biz hazırıq”, – Zelenski ölkəsinin müdafiə qüvvələri haqda deyib.
***
Rusiya fevralın 24-də işğala başlayandan bir neçə gün sonra Ukrayna Aİ üzvlüyü üçün müraciət edib. Ondan sonra Moldova və Gürcüstan da oxşar addım atıb. Avropa Komissiyası ötən həftə Ukrayna və Moldova üçün namizəd statusunu tövsiyə edib. Qurum bildirib ki, Gürcüstan namizəd olmaqdan ötrü müəyyən hədəfləri əldə etməlidir.
Aİ-nin 27 üzvünün liderləri iyunun 23-24-də sammit zamanı bu üç ölkənin müraciətinə baxacağı, Ukraynanın müraciətini dəstəkləyəcəyi gözlənir.
İstənilən üzvlük prosesi bir neçə ilə tamamlanır.
***
İyunun 20-də səhər tezdən Rusiya qüvvələri Severodonetsk yaxınlığında bir neçə şəhəri raket və artilleriya atəşinə tutublar. Su-25 təyyarələrinin Liman istiqamətində, Şevçenko və Vuqledar şəhərlərinə zərbələr endirdiyi bildirilir. Məlumatı Ukrayna Baş Qərargahı yayıb.
Məlumata görə, Rusiya tərəf Ukrayna sərhədi yaxınlığındakı Bryansk regionuna “S-300V4” zenit-raket diviziyası yerləşdirib.
Ukrayna ordusu Severodonetsk şəhərinə tam nəzarətin bərqərar olması uğrunda döyüşlərin davam etdiyini bildirir.
Məlumatda deyilir ki, Rusiya əsgərləri Ukrayna bölmələrinin bir neçə yerdə, o cümlədən Liman, Avdiivka və Zaporojyedə yenidən qruplaşmasına mane olmağa çalışır.
***
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı keçmiş sovet qonşusunun Qərbə inteqrasiyasını önləmək üçün işğal edib. Amma əməliyyatlar Kremlin planlaşdırdığından daha ləng gedib.
Putin iyunun 17-də deyib ki, Ukraynanın Aİ üzvlüyünə “qarşı deyil”. Ancaq Kremlin sözçüsü bildirmişdi ki, Moskva Aİ üzvləri arasında müdafiə sahəsində əməkdaşlıq fonunda bu prosesi diqqətlə izləyir.
NATO-nun Baş katibi Yens Stoltenberq isə həftəsonu bildirib ki, Ukrayna müharibəsi “illərlə” davam edə bilər və hətta “bədəlin böyük olmasına” baxmayaraq, alyans Kiyevə hərbi dəstək verməlidir.
“Müharibənin illərlə çəkməsinə hazırlaşmalıyıq. Ukraynaya dəstəyi dayandırmamalıyıq. Xərclərin böyük olmasına, təkcə hərbi dəstək deyil, enerji və ərzağın bahalanmasına baxmayaraq”, – Stoltenberq Almaniyanın “Bild am Sonntag” qəzetinin iyunun 19-da dərc etdiyi müsahibədə deyir.