vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
12:29 | 20 iyun 2022 | Bazar ertəsi Məqaləyə 923 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynada rus musiqisi qadağan edilir

Qanunda həmçinin Rusiya sənətçilərinin qastrol səfərləri yasaqlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna parlamentinin iyunun 19-da qəbul etdiyi qanun layihəsində rus dilində musiqinin qadağan olunması nəzərdə tutulur. Deputatlar Ukrayna mədəniyyətini və ölkənin informasiya məkanını Rusiya təsirindən qorumağı hədəfləyən bir neçə layihəni qəbul ediblər.

Rus dilində musiqinin yasaqlanmasına dair layihə radio və televiziyada Ukrayna musiqisinin payını 35 faizdən 40 faizə çatdırmağı nəzərdə tutur.

Qanunda həmçinin Rusiya sənətçilərinin qastrol səfərləri qadağan olunur. Ancaq Rusiyanın Ukraynaya hücumunu açıq şəkildə pisləmiş incəsənət adamları istisnadır.

Layihəni izah edən bəyanatda deyilir ki, rus musiqisi Rusiya mənsubiyyətinin qəbulunu daha cəlbedici edərək Ukrayna dövlətini zəiflədə bilər.

“Təcavüzkar dövlətin musiqi məhsulu əhalidə separatçı əhvala təsir göstərə bilər”, – deputat Yaroslav Jelezniak “Telegram”da bəyanatdan sitat gətirib.

Ali Rada Rusiya, Belarus və ölkənin rusiyapərəst separatçıların işğalı altında olan vilayətlərindən kitab və digər çap məhsullarının idxalı və yayılmasının qadağan olunmasına səs verib.

Parlament Ukrayna dilində kitab çapı və yayımının stimullaşdırılmasına dair ayrıca qanunvericilik də qəbul edib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb.