vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
14:19 | 20 iyun 2022 | Bazar ertəsi Məqaləyə 942 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruhanilərin qətlinə görə edam

İran daxili işlər naziri hadisəni “terror hücumu” adlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda İmam Rza türbəsinə hücum zamanı iki şiə ruhaninin öldürülməsi, birinin yaralanmasına görə özbək kökənli şəxs edam edilib.

Əbdüllətif Muradiyə qarşı ölüm hökmü iyunun 20-də Məşhəd şəhərindəki Vəkilabad həbsxanasında icra olunub. Məlumatı vilayətin ədliyyə başçısı Qulaməli Sadiqi açıqlayıb.

Aprelin 5-də, müsəlmanların müqəddəs Ramazan ayında törədilmiş hücumda ruhanilər Hüccətülislam Məhəmməd Aslani və Məhəmməd Sadiq Darai qətlə yetiriliblər. Hücum vaxtı Muradi 21 yaşında olub.

Daxili işlər naziri Əhməd Vahidi hadisəni “terror hücumu” adlandırıb. Digər rəsmilər isə radikal sünni islamçı qruplara istinadla “təkfiri elementləri”ni suçlayıb.

Hücumdan iki gün öncə şimaldakı Günbədkavus şəhərindəki məsciddə iki sünni imamı güllələnib öldürülmüşdü.

Sünnilər İranın əsasən şiələrdən ibarət 83 milyonluq əhalisinin 5-10 faizini təşkil edir.