İşğalçılar Lisiçanska yaxınlaşır
Conson: “Nə qədər ki, ukraynalılar əkshücuma başlamaq mövqeyindədir ...”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Rusiya qüvvələri Donbasdakı Lisiçansk şəhərinin cənubunda iki yaşayış məntəqəsini ələ keçiriblər. Məqsəd Ukrayna qüvvələrinin Luqansk vilayətindəki son müqavimət istehkamını mühasirəyə salmaqdır.
Lisiçanskda və ona əkiz sayılan Severodonetsk şəhərində Rusiyanın hərbi perfomansının yaxşılaşması son vaxtlar qüvvələrin artırılması və artilleriya atəşindən istifadənin nəticəsidir. Bunu isə Britaniyanın Müdafiə Nazirliyi iyunun 23-də gündəlik kəşfiyyat bülletenində bildirib.
Luqanskın hərbi qubernatoru Sergey Qayday iyunun 23-də deyib ki, Lisiçansk və Severodonetskdən cənubda yerləşən Loskutivka və Rai-Oleksandrivka kəndləri rusiyalıların əlinə keçib. Ancaq o, Ukrayna qüvvələrinin Severodonetskdə və qonşu Zolote və Vovçoyrovka məntəqələrində müqaviməti davam etdirdiyini bildirib.
Qayday Ukrayna qüvvələrinin Lisiçanskda “kütləvi” və amansız artilleriya hücumlarına məruz qaldığını vurğulayıb.
***
Prezident Vladimir Zelenskinin müşaviri Aleksey Arestoviç deyir ki, Lisiçansk və Severodonetskdə döyüş “bir növ qorxulu kulminasiya nöqtəsinə çatır”.
Rusiya Ukraynanın sənaye mərkəzi Donbasın əsas hissəsi sayılan Luqansk və Donetski tutmağa çalışır.
Donetsk regional hərbi administrasiyasının başçısı Pavlo Kirilenko isə bildirib ki, Ukrayna qüvvələri Donetskin yarıdan da azına nəzarət edirlər. O, ərazidə 100-dən çox şəhər və kənddə qaz və elektrik olmadığını sözlərinə əlavə edib.
Kirilenko Donetskin Rusiya işğalı altında olan 55 faizinin “tamamilə dağıldığını” vurğulayıb.
Arestoviç videomüraciətində qeyd edib ki, Rusiyanın son həftələr Ukraynanın ikinci böyük şəhəri Xarkov üzərinə hücumları intensivləşdirməsində məqsəd “əhalini terrorizə etməkdir”.
Onun sözlərinə görə, son iki gündə Xarkov vilayətinin atəşə tutulması nəticəsində azı 10 nəfər həlak olub. O deyir ki, bununla “bizim diqqətimizi, qüvvələri Donbasdakı əsas döyüş zonasından yayındırmağa” nail olmağa çalışırlar.
***
Britaniyanın Baş naziri Boris Conson isə deyir ki, müdafiə kəşfiyyat xidməti bir neçə aya Rusiyanın Ukraynadakı müharibədə tempinin səngiyəcəyinə inanır, çünki ordunun resursları tükənir. Conson Avropanın bir qrup qəzetinə müsahibə verib.
İyunun 22-də Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinin yaydığı açıqlamalarda Conson deyir ki, Prezident Vladimir Putinin qüvvələri şərqi Donbas regionunda irəliləyir, dağıntılar törədirlər, ancaq bu, böyük əsgər və silah itkisinə başa gəlir.
Britaniya kəşfiyyat xidməti inanır ki, bir neçə aya Rusiya “resursları tükəndiyindən daha irəliləyə bilmədiyi məqama çatacaq”, – Conson vurğulayıb.
“O zaman ukraynalıların əks prosesə başlamasına kömək etməliyik. Böyük Yeddiliyin (G7) sammitində bu məsələni qaldıracağam”, – o söyləyib.
Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və ABŞ dövlət başçılarının iştirakıyla G7 sammiti iyunun 26-da Almaniyada keçiriləcək.
“Nə qədər ki, ukraynalılar əkshücuma başlamaq mövqeyindədir, bunu dəstəkləmək lazımdır. Onların bizdən tələb etdiyi avadanlıqlarla”, – Conson bildirib.
Onun sözlərinə görə, Ukraynanın qələbəsi, yaxud Rusiyanın uduzması Ukraynanın azından Rusiya işğalı başlamazdan öncəki status kvonu əldə etməsi demək olar.