vaxtlı-vaxtında oxuyun! Bazar, 12 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
08:01 | 27 iyun 2022 | Bazar ertəsi Məqaləyə 732 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna daha dörd HİMARS

Silahlar gələn ayın ortasına qədər çatdırıla bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

HİMARS raket yayılım atəş qurğularının növbəti partiyası iyulun ortalarında Ukraynaya gələcək. Bu barədə Pentaqonun sözçüsü brifinqdə bildirib.

Bildirilib ki, Ukrayna ərazisində dörd HİMARS həm istismar, həm də texniki xidmət və dəstək baxımından təlim keçmiş ekipaj tərəfindən xidmət göstərir.

Pentaqon sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar dörd buraxılış qurğusunun ikinci partiyasının təhvil verilməsinə dair artıq razılığa gəlib. Bununla bağlı hələlik konkret tarix olmasa da, bu təxminən iyulun ortalarında baş tuta bilər.

Xatırladaq ki, iyunun 23-də Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib ki, Ukrayna Silahlı Qüvvələri yüksək mobil MLRS M142 HİMARS alıb. (APA)