vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
10:54 | 28 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 626 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qırıcılar işğalçılara güclü zərbələr endirib

Xerson və Nikolayev vilayətlərində əks-hücum əməliyyatları davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiya Silahlı Qüvvələri Severski istiqamətində atəşə davam etdirir. Xarkov istiqamətində qarşı tərəfin əsas səyləri Ukrayna ordusunun dövlət sərhədinə qədər irəliləməsinin qarşısının alınmasına yönəlib”. Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

“Düşmən Yavirske qəsəbəsi yaxınlığında havadan zərbə endirib. Həmçinin Xarkov, Ruska Lozova, Starıy Saltiv, Peremoha, Çepil və Milova yaşayış məntəqələri yaxınlığındakı infrastruktur obyektləri artilleriya atəşinə məruz qalıb. Rusiya ordusu Kramatorsk istiqamətində aktiv hərəkətə keçməyib. Düşmən Baxmut-Lısıçansk magistralına nəzarəti ələ keçirmək ümidini itirmir. Baxmut istiqamətində Rusiya ordusu Kostiantynivka, Bilohorivka, Vyimka, Pokrovski, Baxmut və Soledar rayonlarını artilleriyadan atəşə tutdular. Avdiivka, Kuraxiv, Novopavliv və Zaporojjya rayonlarında qarşı tərəf fəal hərəkətə keçməyib”, – məlumatda bildirilib.

Məlumata görə, Ukrayna əsgərləri Yeqorivka - Pavlivka istiqamətində hücumu dəf ediblər: “Qarşı tərəf itki verərək geri çəkilib. Cənub Buq istiqamətində düşmən əsas səylərini əvvəllər işğal olunmuş sərhədləri qorumağa, qoşunlarımızın Xerson və Nikolayev vilayətlərində əks-hücum əməliyyatları keçirməsinin qarşısını almağa yönəldir. “Kalibr” tipli iki dəniz qanadlı raket daşıyıcısı Qara dənizdə raket silahlarından istifadəyə hazırdır. Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşı tərəfin mövqelərinə güclü hava zərbələri endirib. Həmçinin əsgərlərimiz raket və artilleriya atəşi tapşırıqlarını uğurla yerinə yetirməkdə davam edir”. (Report.az)