vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
22:42 | 4 iyul 2022 | Bazar ertəsi Məqaləyə 686 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya məqsədinə çatmasa...

Ukraynada müharibəni dayandıracaq tək hadisə

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiyanın Ukrayna ərazisində apardığı müharibənin nə qədər davam edəcəyini heç kim bilmir”. Bu sözləri Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.

O bildirib ki, hazırda İkinci dünya müharibəsindən sonra ən dəhşətli müharibənin şahidiyik:

Reklamınızı “SmartBee” ilə effektiv edin.

“Təəssüf ki, Rusiyanın müharibəni daha uzun müddət davam etdirmək üçün resursları var. Bunun da nəticəsində görürük ki, bu gün Ukrayna ərazisinin təxminən 20 faizini artıq ələ keçirib.

Rusiyanın məqsədləri göz qabağındadır - Ukraynanı tamamilə məhv etmək. Ona görə də Ukrayna ərazilərini geri qaytarmaq üçün bütün imkanlardan yararlanmağa çalışacaq. Ukraynanın məqsədi yalnız ərazi bütövlüyünü tam bərpa etməkdir.

İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibə Rusiyanın hazırda Ukraynaya qarşı apardığı bu müharibədir. Bu savaş ilə müqayisədə Suriyadakı müharibə uşaq bağçasıdır.

Hər kəs bilsin ki, Ukrayna sona qədər mübarizə aparacaq – Buça və Mariupol sakinlərinin taleyi bizə alternativ vermir. ABŞ və Avropa İttifaqı lazım olduğu qədər Ukraynanı dəstəkləməyə hazır olduqlarını bəyan edirlər. Bizim onlara inanmamaq üçün heç bir səbəbimiz yoxdur”. (Milli.az)