vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
09:32 | 8 iyul 2022 | Cümə Məqaləyə 727 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hələ təzə başlamışam”

Putin Ukraynanı dəstəkləyən müttəfiqlərə birbaşa xəbərdarlıq etməklə ən sərt çıxışını edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, Rusiya Ukraynada hərbi əməliyyata hələ təzəcə başlayıb. O iyulun 7-də parlament liderləri qarşısında etdiyi çıxışında Kiyevin döyüş meydanında Moskvanı məğlub etməsinə çalışan Qərb ölkələrinə xəbərdarlıq edib.

Putin Qərbi ittiham edərək bildirib ki, “Qərb bizimlə sonuncu ukraynalıya qədər döyüşmək niyyətindədir”.

O bunu Ukrayna xalqı üçün faciə adlandırıb, lakin əlavə edib ki, hazırda hadisələr “düzgün istiqamətdə” inkişaf edir.

Putin deyib ki, Rusiya hələki ciddi şəkildə heç bir hərəkətə başlamayıb.

Rusiyanın Ukraynaya təcavüzü başlanandan bəri özünün ən sərt çıxışında Putin Ukraynanı dəstəkləyən müttəfiqlərə birbaşa xəbərdarlıq edib:

“Bugün biz eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Nə olar? Bacarırlarsa etsinlər”.

Qərb ölkələri Rusiyanın Ukraynaya müdaxiləsinin “əsassız və səbəbsiz” olduğunu bildiriblər.

Böyük yeddilərin (G-7) sammitində isə Ukraynadakı müharibənin “qanunsuz və haqsız” olduğuna dair bəyanat verilib.

***

Moskva iddia edir ki, onun Ukraynadakı “xüsusi əməliyyata” başlamasına Qərbin və NATO-nun Moskvaya təhlükəsizlik qarantiyası verməkdən imtina etməsi səbəb olub.

Rusiya Qərbi Ukraynanın əli ilə Moskvaya qarşı hücumda, Ukraynaya müasir silahlar verməkdə ittiham edir.

ABŞ və Qərb Ukraynaya qarşı təcavüzünə görə Rusiyaya geniş, misli görünməmiş və ağır sanksiyalar qoyublar.

İyulun 7-də etdiyi çıxışda Putin deyib ki, sanksiyalar iflasa uğrayıb və Qərb Rusiya cəmiyyətində ixtilaf və ruh düşkünlüyü yarada bilməyib.

O əlavə edib ki, kollektiv Qərbin dünyada öz nizamını qurmaq cəhdləri uğursuzluğa məhkumdur.

Putin bununla belə “danışıqlara hələ də imkan olduğunu” vurğulayıb: “Biz danışıqlardan imtina etmirik. Amma bundan imtina edənlər bilməlidirlər ki, bu davam etdikcə bizimlə danışıqlar aparmaq daha da çətin olacaq”.

Hazırda Ukrayna və Rusiya arasında heç bir danışıqlar aparılmır.