vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
11:46 | 8 iyul 2022 | Cümə Məqaləyə 651 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna Türkiyədən inciyib

Cinayət əməlinə dair sübutlara baxmayaraq gəminin buraxılmasına təəssüflənirik

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna bildirir ki, Ankara Rusiya bayrağı altında üzən gəmini sərbəst buraxdıqdan sonra Türkiyənin Kiyevdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Kiyev bu gəmidəki minlərlə ton taxılın Ukraynadan oğurlandığını iddia etmiş və Türkiyədən gəminin saxlanmasını istəmişdi.

“The Guardian” yazır ki, Türkiyə Ukraynanın müraciətinə görə Jibek Jolı (İpək Yolu) taxıl tankerini Sakaryadakı Karasu portunda saxlamışdı.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bu barədə bəyanat verib: “Biz Rusiyanın Ukraynadan oğurladığı taxılla dolu Jibek Jolı gəmisinin Türkiyə hakimiyyət orqanlarına cinayət əməlinə dair sübutların verilməsinə baxmayaraq Karasu limanından buraxılmasına təəssüfümüzü bildiririk. Biz bu qeyri-məqbul hadisənin izahatını verməsi üçün Türkiyənin Kiyevdəki səfirini Xarici İşlər Nazirliyinə dəvət etmişik”.

Türkiyənin gömrük orqanları sözü gedən gəmini Ukraynanın müraciəti ilə iyulun 5-də saxlamışdı.

Kiyev bildirir ki, bu gəmi 7 min ton oğurluq Ukrayna taxılını Rusiyanın işğalında olan Berdyansk portundan çıxarıb.

***

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu hadisə ilə bağlı demişdi: “Bu gəmi həqiqətən də Rusiya bayrağı altındadır, lakin düşünürəm ki, gəmi Qazaxıstana aiddir və daşıdığı yük Estoniya və Türkiyə arasında imzalanmış kontraktla bağlıdır”.

Kiyev Rusiyanın onun işğal olunmuş ərazilərindən 600 min tondan çox taxılı oğurlamaqda ittiham edir.

Ukrayna dünya taxıl istehlakının 15 faizini verir.

Türkiyə Bosfor boğazı üzərində müstəsna hüquqa malikdir və bütün gəmilər Qara dənizdən yalnız Türkiyənin icazəsi ilə çıxa bilir. Türkiyə tərəfi Ukraynanın etirazı ilə bağlı hələki heç bir şərh verməyib.

Ukrayna bundan əvvəl dəfələrlə Türkiyədən ondan oğurlanmış taxılın satışına imkan verilməməsini xahiş edib.