Ruslar soyuq müharibənin başladığını düşünür
Hər gün getdikcə daha çox insan Avropada yeni dəmir pərdənin uzandığına inanır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Vəziyyət ciddidir”
NATO-ya Rusiya xəbərdarlığı
-
Berlindən Moskvaya növbəti ittiham
“Rusiya hərbi kəşfiyyat bölməsi NATO ölkələrinə kiberhücumlar həyata keçirib”
-
Seçkidən 5 gün sonra yanğın
Saksoniya dağlarındakı yanğın əyalətə nə qədər ziyan vurub?
-
ABŞ ordusu neçə cəbhədə döyüşə bilər?
Müttəfiqləri öz müdafiələri barədə düşünməli, Pentqaona çox da bel bağlamamalıdır
-
Stoltenberqdən Çinə çağırış
NATO-nun baş katib: “Rusiyaya dəstəyi dayandırın”
-
Siyasətdən gedir
Tobias Billströmdan istefa qərarı
Fevralın 24-də Vladimir Putin qoşunlarını Ukraynaya göndərənə qədər Soyuq müharibə Avropa tarixində qaranlıq bir dövr kimi tarix muzeylərində saxlanılırdı. Ancaq Moskva ilə Qərb arasındakı uçurumun düzələcəyinə dair əlamət yoxdur və analitiklər deyir ki, münasibətlərdəki hazırkı durum yeni Soyuq müharibənin başlanğıcına və yaxud köhnəsinin davamına gətirib çıxara bilər.
Rusiyanın Ukraynaya hücumunun başlamasından dörd ay sonra dünya dəyişib və Rusiya yenidən Qərb qüdrətləri ilə qarşıdurma yaşayır.
Rusiya rəhbərliyinin sözlərinə görə, Avropada yeni dəmir pərdə qaldıran ölkələr Atlantika ittifaqının üzvləridir və onlar bunu Madriddə keçirilən sammitdən sonra ediblər.
“Mənə elə gəlir ki, biz buradan belə bir nəticə çıxara bilərik ki, NATO Madriddə 1949-cu ildə təsis olunandan bəri tədrici dəyişikliyə nail oldu və öz köklərinə, Soyuq müharibə dövründən qalma təhlükəsizliyin, hərbi təhlükəsizliyin təmin edilməsi prinsiplərinə qayıtdı,” Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Beynəlxalq səhnədən təcrid olunan Rusiya Prezidenti indi az sayda müttəfiqini, ələlxüsus Belarus lideri Aleksandr Lukaşenkonu gücləndirməyə çalışır. İki liderin birləşmə planları var və Putin iddia edir ki, Qərb əslində onlara buna nail olmağa yardım edir.
“Özlərinin dediyi kimi, “Kollektiv Qərb”in misli görülməmiş siyasi və sanksiya təzyiqi bizi inteqrasiya prosesini sürətləndirməyə sövq edir”, – o deyib.
Bölünmüş Avropada bir zamanlar Sovet İttifaqının bir hissəsi olan Ukrayna və Moldovanın Qərb blokuna, xüsusilə də Avropa İttifaqına qoşulmaları da Kreml üçün narahatlıq mənbəyidir. Ancaq təhlilçilər deyir ki, Moskvanın əsas qorxusu NATO-dur.
“Rusiya rəhbərliyi əsasən bu ölkələrin ərazisinə düşmən hərbi infrastrukturunun yerləşdirilməsindən narahatdır. Ancaq Avropa İttifaqı təhlükəsizlik sahəsində güclü oyunçu olmadığına görə, Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşması Kremli Ukraynanın NATO ilə yaxınlaşmasından daha az narahat etməlidir”, – Rusiya Beynəlxalq Məsələlər Şurasından Andrey Kortunov deyir.
Rusiya küçələrində isə Atlantika ittifaqı ilə bağlı düşüncələr adətən mənfidir.
“Biz aqressiv deyilik. Amma siz (NATO), belə desək, bizim məkanımıza girməyin! Putin düz deyir ki, “Biz sizə toxunmuruq. Siz də (NATO), bizim sərhədlərimizə toxunmayın!”, – Moskva sakini Pavel deyir.
Ancaq, Rusiya dövlət televiziyasından olmadığımızdan əmin olandan sonra, əksini deyənlər də var.
“Mən NATO-nun düşmənçilik etdiyini düşünmürəm, onun Rusiyanı hədəf aldığını da düşünmürəm. Məncə o, belə desək, maraqlar klubudur. Mən orada Rusiya üçün bir təhlükə görmürəm”, – Moskva sakini İrina deyir.
Moskvada həyat davam edir, ancaq hər gün getdikcə daha çox insan Avropada yeni dəmir pərdənin uzandığına və Yeni Soyuq müharibənin başladığına – və yaxud heç vaxt bitməyən Soyuq müharibənin davam etdiyinə inanır.