vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
20:49 | 8 iyul 2022 | Cümə Məqaləyə 685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hədəfdə mülki əhalidir

Rusiya Donbasa nəzarəti ələ keçirmək üçün daha çox hava zərbələri endirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin Rusiyanın hələ də ciddi şəkildə kampaniyaya başlamadığına dair xəbərdarlığı fonunda Ukraynanın şərqindəki Donbas bölgəsinə nəzarəti ələ keçirmək üçün daha çox hava zərbələri endirib.

Bölgə rəsmilərinin iyulun 7-də bildirdiyinə görə, Xarkov vilayətində hava zərbələrindən 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Xarkov sakinlərindən mümkün qədər diqqətli olmalarını xahiş edirik. Təcili ehtiyac olmadan şəhərin küçələrində qalmayın. Düşmən yaşayış məntəqələrinə və mülki infrastruktura məkrli şəkildə ziyan vurur”, – deyə region üzrə komandir Oleq Sinequbov “Telegram”da bildirib.

Donetsk hərbi administrasiyasının rəhbəri Pavlo Kirilenko bildirib ki, Rusiya hücumları sənaye şəhəri Kramatorsk və Avdiyevkada mülki əraziləri hədəf alıb, nəticədə iki nəfər ölüb, 8 nəfər yaralanıb.

Kirilenko Kramatorska zərbə endirməzdən əvvəl son 24 saat ərzində Rusiyanın bombardmanlarının azı 7 nəfəri öldürdüyünü bildirib.

Donetskdə Rusiyanın dəstəklədiyi separatçılar Ukraynanın atəşi nəticəsində 1 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını bildirib. İddiaları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Moskva Luqansk vilayətinə nəzarəti ələ keçirdikdən sonra hücumlarını Kramatorsk və Slovyanska yönəldib.

Ukrayna prezidenti Vladimir Zelenski iyulun 7-də gecə saatlarında etdiyi video-müraciətində Xarkov, Kramatorsk və Donbasın digər şəhərlərinə edilən hücumları qeyd edib və Ukraynanın tərəfdaşlarının onun müdafiə ehtiyacları barədə dəqiq məlumata malik olduqlarını bildirib.

“Hazırda Ukraynaya müdafiə yardımı nə qədər çox olarsa, müharibə bizim qələbəmizlə bir o qədər tez bitər və bütün dünya ölkələrinin itkiləri, Rusiyanın demokratik cəmiyyətlərə təzyiqi bir o qədər az olar”, – deyə Zelenski bildirib.